Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın qadınlardan ibarət yığması Rusiya millisi ilə 2 yoldaşlıq oyunu keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Noyabrın 24-dən dekabrın 3-dək Rusiyanın qadınlardan ibarət yığması Soçidə təlim-məşq toplanışında olacaq. Bu toplanış çərçivəsində onlar Azərbaycan millisi ilə 2 oyun keçirəcəklər.
İlk matç noyabrın 28-də “Fişt” stadionunda olacaq. 2-ci görüş isə dekabrın 2-də “Soçi” klubunun məşq bazasında oynanılacaq. Matçlar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edk ki, Azərbaycanın qadınlardan millisi hazırda FİFA reytinqində 75-ci pillədə qərarlaşıb. Rusiya və Azərbaycan komandaları əvvəllər 2 dəfə üz-üzə gəliblər. 2021-ci ilin sentyabrında Rusiya Moskvada 2:0, 2021-ci ilin noyabrında isə Bakıda 4:0 hesablı qələbə qazanıb.
Baxış sayı:97
Bu xəbər 20 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















