Icma.az, Report.az portalına istinadən məlumat yayır. Çempionatda “Qarabağ”la mübarizə apara biləcək komanda yoxdur.
Bunu “Report”a açıqlamasında Azərbaycan yığmasının keçmiş qapıçısı Cahangir Həsənzadə Misli Premyer Liqasının qış fasiləsinə qədər olan hissəsini dəyərləndirərkən deyib.
O, "Araz-Naxçıvan"ın iddialılar sırasına qoşulduğunu söyləyib: “Mövsümün başlanğıcı ilə sonrakı gedişatı bir qədər fərqli oldu.
“Araz-Naxçıvan” çempionata ürəkaçan şəkildə başlamadı. Hətta xoşagəlməz məsələlər ortaya çıxdı.
Buna baxmayaraq, Elmar Baxşıyev komandanı toparlaya bildi. Hazırda idialılar sırasındadırlar və avrokuboklara ən real namizədlərdən sayılırl
C.Həsənzadə sabiq komandası “Qarabağ”dan başqa rəqabətədavamlı ikinci klub olmadığını bildirib: “Qarabağ”, sözsüz ki, çempionatın ən güclüsü
Bir neçə ildir belə davam edirlər. İki “cəbhə”də döyüşmələrinə baxmayaraq, nəticələri qənaətbəxşdir.
Mövsümün ilk yarısını zirvədə başa vurmaq onlar üçün çətin olmadı. Oyunçu baxımından zaman-zaman sıxıntılar yaşayıblar.