Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Azərbaycan millisinin keçmiş qapıçısı: Çempionatda “Qarabağ”la mübarizə apara biləcək komanda yoxdur

Azərbaycan millisinin keçmiş qapıçısı: Çempionatda “Qarabağ”la mübarizə apara biləcək komanda yoxdur

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Çempionatda “Qarabağ”la mübarizə apara biləcək komanda yoxdur.

Bunu “Report”a açıqlamasında Azərbaycan yığmasının keçmiş qapıçısı Cahangir Həsənzadə Misli Premyer Liqasının qış fasiləsinə qədər olan hissəsini dəyərləndirərkən deyib.

O, "Araz-Naxçıvan"ın iddialılar sırasına qoşulduğunu söyləyib:

“Mövsümün başlanğıcı ilə sonrakı gedişatı bir qədər fərqli oldu. “Araz-Naxçıvan” çempionata ürəkaçan şəkildə başlamadı. Hətta xoşagəlməz məsələlər ortaya çıxdı. Buna baxmayaraq, Elmar Baxşıyev komandanı toparlaya bildi. Hazırda idialılar sırasındadırlar və avrokuboklara ən real namizədlərdən sayılırlar”.

C.Həsənzadə sabiq komandası “Qarabağ”dan başqa rəqabətədavamlı ikinci klub olmadığını bildirib:

“Qarabağ”, sözsüz ki, çempionatın ən güclüsüdür. Bir neçə ildir belə davam edirlər. İki “cəbhə”də döyüşmələrinə baxmayaraq, nəticələri qənaətbəxşdir. Mövsümün ilk yarısını zirvədə başa vurmaq onlar üçün çətin olmadı. Oyunçu baxımından zaman-zaman sıxıntılar yaşayıblar. Fərqli heyətlərə üstünlük verirlər, rotasiyalar edirlər. Keyfiyyət baxımından çox “axsadıqlarını” düşünmürəm. Çempionatda “Qarabağ”la mübarizə apara biləcək komanda yoxdur. Düzdür, bəzən qələbə qazana bilmirlər, amma bu sırf həmin günün nəticəsi ilə bağlıdır”.

O, “Turan Tovuz”u mövsümün sürpriz komandası adlandırıb:

“Mövsümün sürpriz komandası kimi “Turan Tovuz”u qeyd edə bilərik. Əslində sürpriz də demək olmaz. Çünki mövsümün əvvəlində rəhbərlik iddialı, avrokuboklar üçün oynayacaq komanda formalaşdıracaqlarını bildirmişdi. Bu məqsədlə Kurban Berdıyevi dəvət etdilər. Mövsümün başlanğıcında dediklərinin əksinə, heyətə o qədər çox yeni futbolçu cəlb edilməsə də, nəticə baxımından sabit çıxış etdilər. Oyunları ilə hazırkı - üçüncü pilləni də haqq ediblər. “Zirə”nin qeyri-sabit oyununu qeyd edə bilərəm. Nəticələrə baxmayaraq, iddialılar sırasındadırlar. Düşünürəm ki, fasilədən sonra daha yaxşı oynayacaqlar. Rəşad Sadıqov komandanın üzərində işləyib, lazımi addımlar atacaq”.

Hazırda AFFA-da texniki direktor kimi fəaliyyət göstərən mütəxəssis “Neftçi”nin durumuna da toxunub:

“Neftçi” ilə bağlı fikir söyləmək bir qədər çətindir. Kifayət qədər keyfiyyətli futbolçulara malikdirlər. Oyunçuların toparlanmasına nəsə mane olur. Öyrəşdiyimiz “Neftçi”ni təəssüf ki, görmürük. Hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşmaları heç də ürəkaçan deyil. Samir Abasov yeni gəlib. Öz dəsti-xətti ilə komandanı düzəltməyə çalışacaq. Məncə, qış “transfer pəncərəsi”ndə kifayət qədər fəal olmalıdırlar. Bu fəallıq keyfiyyətli futbolçularla tamamlanacaqsa, məncə, mövsümün qalan hissəsində fərqli “Neftçi” görmək mümkün olacaq. Əks halda Samir müəllimin işi çətin olacaq”.

O, “Sabah”ın çıxışı haqqında düşüncələrini də bölüşüb:

“Sabah”da məşqçi dəyişikliyi həyata keçirildi. Çox güman, bunun səbəbi nəticələrin ürəkaçan olmamasıdır. Dəyişiklik ərəfəsində futbolçuların yanaşması da müxtəlif olur. Yeni məşqçi gələndə futbolçular zaman-zaman yaxşı oyun sərgiləyirlər. Yeni məşqçinin dəst-xəttini anlamaq üçün futbolçulara da vaxt lazımdır. Düşünürəm ki, Vasili Berezutski “Sabah”ı götürəndə nəyə qadir ola biləcəklərini, heyəti təhlil edib. Düzdür, ilk oyunlarda pozitiv nəticələrə nail oldu. Ötən tur isə “Şamaxı”ya uduzdular. Oyunçuların baş məşqçinin üslubuna öyrəşməsi üçün vaxt lazımdır. Hələ ki, Berezutski bütün futbolçuların potensialı ilə yaxından tanış olmağa çalışır. Qeyri-adi addımlar atdığını hələ ki, göstərmir. Qısa zamanda böyük dəyişikliklər inandırıcı deyil”.

C.Həsənzadə mövsümün sonunda “Qarabağ”ın çempionluğunun daha çox gözlənilən olduğunu vurğulayıb:

“Çempionluq uğrunda mübarizədə “Araz-Naxçıvan”ın nəzəri cəhətdən şansı var. Mövsümün ikinci yarısında həyata keçiriləcək müsbət dəyişikliklərdən çox şey asılıdır. Amma məncə, “Qarabağ”ın çempionluğu daha gözləniləndir. Komandanın formalaşmış oyun üslubu var”.

Qeyd edək ki, Misli Premyer Liqasında XIX turu 2025-ci il yanvarın 17-19-da ba. tutacaq.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri