Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub AZƏRTAC

14.11.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2025-ci il mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, C liqasının 4-cü qrupunda yer alan yığma 2025-ci ilin fevral, aprel və may aylarında Litva və Monteneqro komandaları ilə ümumilikdə 4 görüş keçirəcək.

Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv fevralın 21-də Monteneqro ilə doğma meydanda ilk matçına çıxacaq. Aprelin 4-də səfərdə Litvanın qonağı olacaq komanda 4 gün sonra Monteneqroya yollanacaq. Milli komanda mayın 30-da isə doğma meydanda Litva ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью