Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 14 noyabr, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2025-ci il mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, C liqasının 4-cü qrupunda yer alan yığma 2025-ci ilin fevral, aprel və may aylarında Litva və Monteneqro komandaları ilə ümumilikdə 4 görüş keçirəcək.
Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv fevralın 21-də Monteneqro ilə doğma meydanda ilk matçına çıxacaq. Aprelin 4-də səfərdə Litvanın qonağı olacaq komanda 4 gün sonra Monteneqroya yollanacaq. Milli komanda mayın 30-da isə doğma meydanda Litva ilə üz-üzə gələcək.

Azərbaycan millisinin oyunlarının təqvimi bəlli oldu
14 Noyabr 2024 18:48
Azərbaycan millisinin DÇ2026dakı oyunlarının təqvimi
14 Dekabr 2024 10:35
Azərbaycan millisinin Rusiya ilə oyunlarının hakimləri bəlli olub AZƏRTAC
26 Noyabr 2024 17:27
AÇ: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
15 Noyabr 2024 11:03
Avropa çempionatı: Azərbaycan millisinin əsas mərhələdəki oyunlarının təqvimi bəlli olub
06 Fevral 2025 10:18

