Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Səfərdə heç-heçə bizim üçün böyük nəticə sayılacaq.
Bunu “Report”a açıqlamasında Azərbaycan yığmasının sabiq hücumçusu Rauf Əliyev deyib.
O, Millətlər Liqasında İsveçə qarşı səfər matçında qələbə qazanmağın çox çətin olduğunu vurğulayıb: “Estoniyaya iki oyunda qalib gələ bilmədik.
Halbuki qarşımızda zəif rəqib var idi. Buna baxmayaraq, qol vurmaqda çətinlik çəkdik. Meydana çıxan futbolçularda istək yox idi.
D Liqasına düşəcəyiksə, bu, vəziyyətin nə dərəcədə pis olmasının göstəricisidir. İsveçlə oyunda qələbə qazanmaq çox çətindir.
Səfərdə heç-heçə bizim üçün böyük nəticə sayılacaq. Problemlər məlumdur, zəifik, istəksizik”.
Hazırda "Qarabağ"ın U-15 komandasına rəhbərlik edən R.Əliyev yığmanın portuqaliyalı baş məşqçisi Fernandu Santuşun işini qiymətləndirib: “Onun komandaya hansısa oyun üslubu gətirdiyini görmürəm.
Ümumiyyətlə, Santuş gəlməmişdən əvvəl də fikrim bu idi ki, yığmanı gənc, istəkli və müasir futbola daha yaxın yerli məşqçiyə tapşırmaq lazımdır.