Azərbaycan millisinin sabiq hücumçusu: İsveçlə heçheçə bizim üçün böyük nəticə sayılacaq
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səfərdə heç-heçə bizim üçün böyük nəticə sayılacaq.
Bunu “Report”a açıqlamasında Azərbaycan yığmasının sabiq hücumçusu Rauf Əliyev deyib.
O, Millətlər Liqasında İsveçə qarşı səfər matçında qələbə qazanmağın çox çətin olduğunu vurğulayıb:
“Estoniyaya iki oyunda qalib gələ bilmədik. Halbuki qarşımızda zəif rəqib var idi. Buna baxmayaraq, qol vurmaqda çətinlik çəkdik. Meydana çıxan futbolçularda istək yox idi. D Liqasına düşəcəyiksə, bu, vəziyyətin nə dərəcədə pis olmasının göstəricisidir. İsveçlə oyunda qələbə qazanmaq çox çətindir. Səfərdə heç-heçə bizim üçün böyük nəticə sayılacaq. Problemlər məlumdur, zəifik, istəksizik”.
Hazırda "Qarabağ"ın U-15 komandasına rəhbərlik edən R.Əliyev yığmanın portuqaliyalı baş məşqçisi Fernandu Santuşun işini qiymətləndirib:
“Onun komandaya hansısa oyun üslubu gətirdiyini görmürəm. Ümumiyyətlə, Santuş gəlməmişdən əvvəl də fikrim bu idi ki, yığmanı gənc, istəkli və müasir futbola daha yaxın yerli məşqçiyə tapşırmaq lazımdır. Neçə illərdir əcnəbi mütəxəssisin rəhbərliyi altında oynamasına baxmayaraq, komanda uğura nail olmayıb. Yerliləri də yoxlamaq olardı, amma əcnəbiyə üstünlük verdilər. D Liqasına yuvarlanmağa yaxın olmağımız elə bunun cavabıdır”.
Qeyd edək ki, İsveç - Azərbaycan matçı Solna şəhərindəki “Stroberri Arena”da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Baxış sayı:120
Bu xəbər 19 Noyabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















