Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mən elə-belə futzalçı olmamışam, 20 ildən artıq yığmanın şərəfini qorumuşam.
Bunu "Report"a açıqlamasında Azərbaycan futzal millisinin sabiq kapitanı Rizvan Fərzəliyev deyib.
O, uzun müddət futzaldan kənarda qalmasından və incik olduğu məqamlardan bəhs edib: "Doğrusunu bilmək istəyirsinizsə, həm jurnalistlərdən, həm də Futzal Federasiyasından incimişəm.
2022-ci ildə futzalçı keryaramı başa vurmuşam. Amma federasiya rəhbərliyi mənimlə maraqlanmır, jurnalistlər də bu məsələni gündəmdə saxlamır
Mən elə-belə futzalçı olmamışam, 20 ildən artıq yığmanın şərəfini qorumuşam. Heç kim demir ki, Rizvan Fərzəlyev haradadır?
Bəzilərinə haqqımı halal etmirəm". Mütəxəssis karyerasını başa vurduqdan sonra vida matçı keçirməməsindən və işlə təmin olunmamasından giley
Sonra səs çıxmadı. Yığmanın bir neçə görüşü oldu. Çağırıb demədilər ki, gəl, sənə vida matçı keçirək.