Icma.az
close
up
RU
Azərbaycan millisinin sabiq kapitanı: Mən eləbelə futzalçı olmamışam, 20 ildən artıq yığmanın şərəfini qorumuşam

Azərbaycan millisinin sabiq kapitanı: Mən eləbelə futzalçı olmamışam, 20 ildən artıq yığmanın şərəfini qorumuşam

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mən elə-belə futzalçı olmamışam, 20 ildən artıq yığmanın şərəfini qorumuşam.

Bunu "Report"a açıqlamasında Azərbaycan futzal millisinin sabiq kapitanı Rizvan Fərzəliyev deyib.

O, uzun müddət futzaldan kənarda qalmasından və incik olduğu məqamlardan bəhs edib:

"Doğrusunu bilmək istəyirsinizsə, həm jurnalistlərdən, həm də Futzal Federasiyasından incimişəm. 2022-ci ildə futzalçı keryaramı başa vurmuşam. Amma federasiya rəhbərliyi mənimlə maraqlanmır, jurnalistlər də bu məsələni gündəmdə saxlamırlar. Mən elə-belə futzalçı olmamışam, 20 ildən artıq yığmanın şərəfini qorumuşam. Heç kim demir ki, Rizvan Fərzəlyev haradadır? Bəzilərinə haqqımı halal etmirəm".

Mütəxəssis karyerasını başa vurduqdan sonra vida matçı keçirməməsindən və işlə təmin olunmamasından gileylənib:

"Karyeram başa çatdıqdan sonra dedilər ki, məşqçi kimi səninlə çalışacağıq. Sonra səs çıxmadı. Yığmanın bir neçə görüşü oldu. Çağırıb demədilər ki, gəl, sənə vida matçı keçirək. Uzun illər millinin kapitanı olan biri kimi bunu istəmək haqqımdır. İnsan umduğu yerdən küsər. Polşa ilə beynəlxalq görüşümüz var idi, məni çağırmadılar ki, gəlim, sonuncu dəfə iştirak edim, meydançada görünüm. Özüm gəldim, zalda futzalçılara dəstək oldum. Ardınca Yunanıstanla qarşılaşmada çağırdılar ki, gəl, sonuncu dəfə iştirak et, onda da mən getmədim. Lakin Vitali Borisov getdi və mən ona heç bir irad bildirmirəm. Bu, onun şəxsi qərarıdır".

"Araz-Naxçıvan" klubunun sabiq kapitanı Azərbaycan millisində çalışmaq arzusunu gizlətməyib:

"Normal dəvət gəlsəydi, işləyərdim. Lakin görünən odur ki, mənimlə çalışmaq istəmirlər. Təbii ki, illərini futzala həsr etmiş idmançı kimi bu məni incitməyə bilməz".

45 yaşlı sabiq oyunçu yığmanın AVRO-2026-nın əsas mərhələsində İsveçlə heç-heçə etdiyi ilk görüş (3:3) barədə danışıb:

"Millidə mənimlə çiyin-çiyinə "vuruşan" Vitali Borisovu alqışlamaq istəyirəm. O, yığmanın baş məşçqisi kimi heç-heçə əldə etdi. Vitalini qınamıram, çünki əlində olan oyunçularla artığını tələb etmək anlamsızdır. Futzalçılarımızın haqqını yemək istəmirəm. Təcrübəsiz olsalar da, hər birində döyüşkənlik, istək hiss olunur".

R.Fərzəliyev Azərbaycanda güclü futzalçıların yetişmədiyini qabardıb:

"2009-2014-cü illərdə braziliyalı baş məşqçi Joze Alesio Da Silva çalışdı, ona nə qədər pullar xərcləndi. Braziliyalı legionerlərin də sayəsində milli bir sıra uğurlar qazandı. Bəs sonra? Sonrasını heç kim düşünmədi. Əcnəbilər gedəndən sonra özümüz qaldıq. Güclü futzalçı yetişmədi. Həmin vaxtı ayrılan pullara futzal məktəbi açılsaydı, yeni-yeni oyunçular yetişsəydi, pis olardı? Bu gün Vitali Borisovu atıblar tankın qabağına. Uğursuzluq olanda da düşəcəklər üstünə ki, niyə nəticə qazana bilmədin?"

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Dekabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri