Azərbaycan münaqişəyə nöqtə qoydu. Amma... | Icma.az
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Böhran Qrupu da potensial münaqişə siyahısında Azərbaycan və Ermənistanı göstərməyib İlk baxışda bu “qara siyahı”da Cənubi Qafqazın ən uzunömürlü münaqişəsinin göstərilməməsi müsbət haldır və bunun sülhə ümidləri artırmağa xidmət etdiyini söyləyə bilərik.Söhbət Beynəlxalq Böhran Qrupunun (BBQ) illik hesabatından gedir.
Oxucuların nəzərinə çatdıraq ki, mənzil-qərargahı Brüsseldə yerləşən BBQ-nin fəaliyyətinin əsas məqsədi dünyanın “qaynar nöqtələri” hesab edilən münaqişələr və yaxud potensial münaqişə vəziyyətlərinə təsir göstərən siyasi məsələlər üzrə geniş təhlili yazılar dərc etdirir və bu istiqamətdə tövsiyələr hazırlamaqla məşğuldur.
Təşkilat hər il beynəlxalq diqqətin mərkəzində olan on mövcud və ya potensial münaqişənin siyahısını dərc edir.
Maraqlıdır ki, 2025-ci ildə dünyada mövcud on münaqişə ilə bağlı hazırladığı proqnozda qrup əvvəlki iki ildəki hesabatından fərqli olaraq, bu dəfə Azərbaycan–Ermənistan münaqişəsini siyahıya salmayıb.
BBQ-nin iki il bundan əvvəlki hesabatına nəzər salanda aydın olur ki, 2023-cü il üçün proqnozda, digər məsələlərlə yanaşı, “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı aşağıdakıları oxuya bilərik: “2022-ci ilin mart və avqust aylarında Azərbaycan Ordusu “Dağlıq Qarabağda” yeni əraziləri, o cümlədən strateji yüksəklikləri – dağ mövqelərini “ələ keçirib”.
Həmin ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri Ermənistan daxilindəki əraziləri “ələ keçirib”.
Hər yeni hücum itkilərlə müşayiət olunub... Yaranmış real təhlükə ondan ibarətdir ki, sülh danışıqları heç bir nəticə verməyəcək və növbəti
Tam oxu
Xəbəri oxu