Icma.az
close
up
RU
Azərbaycan münaqişəyə nöqtə qoydu. Amma...

Azərbaycan münaqişəyə nöqtə qoydu. Amma...

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Böhran Qrupu da potensial münaqişə siyahısında Azərbaycan və Ermənistanı göstərməyib  

İlk baxışda bu “qara siyahı”da Cənubi Qafqazın ən uzunömürlü münaqişəsinin göstərilməməsi müsbət haldır və bunun sülhə ümidləri artırmağa xidmət etdiyini söyləyə bilərik.
Söhbət Beynəlxalq Böhran Qrupunun (BBQ) illik hesabatından gedir. Oxucuların nəzərinə çatdıraq ki, mənzil-qərargahı Brüsseldə yerləşən BBQ-nin fəaliyyətinin əsas məqsədi dünyanın “qaynar nöqtələri” hesab edilən münaqişələr və yaxud potensial münaqişə vəziyyətlərinə təsir göstərən siyasi məsələlər üzrə geniş təhlili yazılar dərc etdirir və bu istiqamətdə tövsiyələr hazırlamaqla məşğuldur. Təşkilat hər il beynəlxalq diqqətin mərkəzində olan on mövcud və ya potensial münaqişənin siyahısını dərc edir. 
Maraqlıdır ki, 2025-ci ildə dünyada mövcud on münaqişə ilə bağlı hazırladığı proqnozda qrup əvvəlki iki ildəki hesabatından fərqli olaraq, bu dəfə Azərbaycan–Ermənistan münaqişəsini siyahıya salmayıb. 
BBQ-nin iki il bundan əvvəlki hesabatına nəzər salanda aydın olur ki, 2023-cü il üçün proqnozda, digər məsələlərlə yanaşı, “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı aşağıdakıları oxuya bilərik: “2022-ci ilin mart və avqust aylarında Azərbaycan Ordusu “Dağlıq Qarabağda” yeni əraziləri, o cümlədən strateji yüksəklikləri – dağ mövqelərini “ələ keçirib”. Həmin ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri Ermənistan daxilindəki əraziləri “ələ keçirib”. Hər yeni hücum itkilərlə müşayiət olunub... Yaranmış real təhlükə ondan ibarətdir ki, sülh danışıqları heç bir nəticə verməyəcək və növbəti eskalasiya həm Moskvanın, həm də Qərbin vasitəçilik təşəbbüslərini heçə endirə bilər. Çünki Azərbaycan istədiyini zorla alacaq”. 
* * *
Yəni, BBQ iki il əvvəl Ermənistan–Azərbaycan münaqişəsinin sona çatması faktını təsdiqləsə də, eyni zamanda, risklərin qaldığını da qeyd edirdi. Əgər biz bölgəyə yeni hərbi-siyasi reallıq prizmasından diqqət yetirsək, o zaman qrupun təhlilində sağlam düşüncə toxumlarının mövcudluğunu etiraf etməliyik. Axı, Bakının 2023-cü ildə Xankəndidəki separatçı rejimi tərksilah etməsi, Qarabağda “boz zona”nın aradan qaldırılması üçün hərbi əməliyyat keçirməsi ehtimalı, doğrudan da, yüksək idi. Həmin ilin sentyabrında BBQ-nin proqnozu özünü doğrultdu və bu, reallığa çevrildi. Sadəcə olaraq, böhran qrupunun bölgədə genişmiqyaslı silahlı münaqişənin mümkünlüyü ilə bağlı proqnozlarının əksinə olaraq, lokal antiterror tədbiri kifayət qədər tez başa çatdı. Yüksək peşəkarlıqla hazırlanan və həyata keçirilən antiterror əməliyyatı nəticəsində Qarabağdakı Ermənistan silahlı birləşmələri 23 saat ərzində ağ bayraq qaldırdı və Azərbaycan ərazisini tərk etdi.
İntəhası, bu fakt 2024-cü ilin əvvəlində BBQ ekspertlərinə Ermənistan və Azərbaycanı yenidən bölgənin “potensial münaqişə məkanı” kimi öz hesabatına daxil etmələrinə mane olmadı. Qrupun bir il əvvəlki hesabatında oxuyuruq: “Azərbaycan Naxçıvana quru dəhlizi almaq istəyir... Çox güman ki, Bakı bunun üçün İrəvana təzyiq etməyə çalışacaq. Bu səbəbdən sərhəd bölgələrində yeni “işğallar” istisna edilmir...”. 
Mövzu ilə bağlı XQ-yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu hesab edir ki, Beynəlxalq Böhran Qrupunun yeni hesabatı məntiqdən məhrum deyil: “Nə qədər ki, torpaqlarımızın iyirmi faizi Ermənistan ordusunun işğalı altında idi, müharibə ehtimalı hər il yüksək hesab olunurdu. Beynəlxalq Böhran Qrupunun bu riski ciddiyə alması da normal sayılmalı idi. Bəli, bu, vəziyyətə obyektiv yanaşma idi. Axı, Azərbaycan mövcud durumla barışmaq fikrində deyildi. Sülh danışıqlarının gedişindən də narazı idik. Dəfələrlə bəyan etmişdik ki, əgər dinc danışıqlar bir fayda verməsə, biz torpaqlarımızı güc yolu ilə azad etməyə məcbur olacağıq. Məhz bu səbəbdən bölgədə yeni müharibə ehtimalı yüksək sayılırdı. Amma dörd il bundan əvvəl torpaqlarımızı işğaldan azad etdik. Ardınca birgünlük antiterror əməliyyatı ilə Qarabağda separatizmə son qoyduq. Bununla da əsas problemi həll etdik və ordumuz şərti sərhədə çıxdı. Doğrudur, ara-sıra atəşkəsin pozulması halları, sərhəddə insidentlər olurdu, amma müharibə ehtimalı xeyli azalıb. 
Bakının İrəvandan bəzi tələbləri hələ də gündəmdə qalmaqdadır. Zəngəzur dəhlizi açılmalı, sərhədlər dəqiq müəyyənləşməli, anklavdakı kəndlərimiz geri qaytarılmalıdır. Bütün bu tələblərimiz öz qüvvəsindədir. Onu da qeyd etməliyik ki, danışıqlar davam etdirilir, tərəflər sülh sazişinin mətninin böyük hissəsi ilə bağlı razılığa gəliblər. Çox güman ki, məhz buna görə Beynəlxalq Böhran Qrupu əvvəlki illərlə müqayisədə bu il Ermənistanla Azərbaycan arasında silahlı toqquşma ehtimalını yüksək qiymətləndirməyib. Fəqət biz bu riskin tam aradan qalxdığını deyə bilmərik. Çünki, baş nazir Paşinyanın da etiraf etdiyi kimi, Ermənistan ordusunda “beşinci kolon” fəaliyyətdədir. Hay cəmiyyətində revanşist qüvvələr, radikal müxalifət var. Bunlar hər an Azərbaycana qarşı təxribat törədə bilərlər. Üstəlik, rəsmi İrəvan xaricdən müasir hücum silahları almaqda davam edir. Əlbəttə ki, işğal dövrünə nisbətən hazırda müharibə riskindən danışmaq doğru olmaz”.    
* * *
Azərbaycan sülh çağırışları edir və yeni müharibə variantını nəzərdən keçirmir. Rəsmi Bakı Ermənistan torpaqlarına iddia etmir və hətta İrandan keçməklə Naxçıvana alternativ nəqliyyat marşrutunu reallaşdırmaq üzrədir. İntəhası, onu da görürük ki, “hücum” ideyası nə qədər pis olsa da, Ermənistan və onun qərbli tərəfdaşları bu ehtimalı heç də tamamilə istisna etmirlər.
Hazırda nəyi müşahidə edirik? “Kollektiv Qərb”in Azərbaycana qarşı iyrənc siyasi-ideoloji hücumları səngimək bilmir. BBQ-nin hesabatında diqqəti çəkən maraqlı məqam var. 2024-cü ildə təşkilat Cənubi Qafqaz regionunu risk qrupuna yalnız ona görə daxil edib ki, “Ermənistan və Qərb rəsmiləri silahlı qarşıdurma ehtimalını tamamilə istisna etməyiblər”. Sual olunur: Əgər bu ehtimal amili qrupun ekspertləri üçün bu qədər əhəmiyyətli idisə, niyə 2025-ci il üçün proqnozlarında həmin tezisi təkrarlamayıblar? Axı, son bir ildə iki ölkə arasında və bölgədə heç bir hərbi, diplomatik dəyişiklik baş verməyib. İl boyu Ermənistan və Qərb siyasətçiləri Azərbaycandan Ermənistana “təcavüz” təhlükəsi ilə bağlı isterik çıxışlar edir, bəyanatlar verirdilər. Yəni, əvvəlki illərdən heç də “zəif” deyildilər. Bu, təəccüb doğurmaya bilməz.
Belə güman edə bilərik ki, böhran qrupunun ekspertləri bu dəfə, nəhayət, rəsmi Bakının sözünə qulaq asıblar. Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, biz nə Zəngəzur dəhlizi məsələsini, nə də Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların geri qayıtmasını güc yolu ilə həll etmək fikrindədir. Fəqət, hətta  bu halda belə Azərbaycanla Ermənistan arasında silahlı münaqişə riskinin sıfıra bərabər olması demək deyil. Ötən il sərhəddə qeydə alınan erməni təxribatları Azərbaycanı işğalçı ölkə elan etmək üçün əvvəlcədən düşünülmüş məkrli planın tərkib hissəsi idi. Bütün bunlar Bakının səbrini daşırmaq və onu genişmiqyaslı cavab tədbirləri görməyə, adekvat addımlar atmağa sövq etmək məqsədi güdürdü. 
Bu günlərdə Laçın istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulması İrəvan və onun qərbli kuratorlarının öz planlarından əl çəkmədiklərini bir daha təsdiqləyir. Yeri gəlmişkən, bu baxımdan BBQ-nin öz proqnoz-hesabatında  Ermənistan tərəfindən törədilə biləcək təxribat cəhdi ehtimalını qeyd etməməsi acı təəssüf və heyrət doğurur. Ən azı, ona görə ki, rəsmi Bakı ermənipərəst güclərin belə məkrli və təhlükəli ssenarilərə baş vurmaları barədə dəfələrlə xəbərdarlıq edib. Gördüyümüz kimi, Qərb analitikləri üçün Ermənistanın tənqidi təhlil mövzusu deyil.
Azərbaycan Qafqazın ən uzunömürlü münaqişəsinə öz nöqtəsini qoyub. Yeni müharibə ehtimalını isə yaxına buraxmır. Amma Ermənistanı buna təhrik edənlər zərbin gücünü yenə dadmaq istəyirlərsə, “dəmir yumruq” onları gözləyir.   

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see305

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see268

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see249

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see249

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see246

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see235

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see219

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see216

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see213

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see213

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see213

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see212

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see212

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see202

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see201

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see200

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see199

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see195

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see190

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri