Azərbaycan müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir ŞƏRH AZƏRTAC | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 dekabr, AZƏRTAC Azərbaycanın dövlət başçısı İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə dünya ictimaiyyəti, həmçinin nüfuzlu media vasitələri tərəfindən böyük maraqla izlənilir.
Bu müsahibə əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq aləmdə böyük rezonans doğurub.
Çünki ölkə Prezidenti son illərdə dünyada baş verən hadisələrdən, Azərbaycanın xarici siyasətinin xüsusiyyətlərinə görə, istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilməsindən, Rusiya ilə Azərbaycan, habelə Azərbaycanla Türkiyə arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən, Ermənistanın sülh sazişindən yayınmasından və bu ölkəyə Makron hökuməti və digər dövlətlər tərəfindən öldürücü silahların tədarük edilməsindən, o cümlədən dünyada baş verən mühüm əhəmiyyətli qlobal məsələlərdən söhbət açdı.
Bunu AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.Hüquq müdafiəçisi müsahibədəki bəzi məqamları diqqətə çatdıraraq deyib ki, bu gün Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə maksimum dərəcədə məsuliyyətlə yanaşır və bundan sonra da belə edəcək.
Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Ölkəmiz beynəlxalq aləmdə baş verən gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bi
Azərbaycan, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur.
Buna görə də Azərbaycanın müttəfiqlik öhdəlikləri çoxşaxəlidir.
Tam oxu
Xəbəri oxu