Icma.az
close
up
RU
Azərbaycan müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir ŞƏRH AZƏRTAC

Azərbaycan müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir ŞƏRH AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycanın dövlət başçısı İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə dünya ictimaiyyəti, həmçinin nüfuzlu media vasitələri tərəfindən böyük maraqla izlənilir. Bu müsahibə əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq aləmdə böyük rezonans doğurub. Çünki ölkə Prezidenti son illərdə dünyada baş verən hadisələrdən, Azərbaycanın xarici siyasətinin xüsusiyyətlərinə görə, istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilməsindən, Rusiya ilə Azərbaycan, habelə Azərbaycanla Türkiyə arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən, Ermənistanın sülh sazişindən yayınmasından və bu ölkəyə Makron hökuməti və digər dövlətlər tərəfindən öldürücü silahların tədarük edilməsindən, o cümlədən dünyada baş verən mühüm əhəmiyyətli qlobal məsələlərdən söhbət açdı.

Bunu AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi müsahibədəki bəzi məqamları diqqətə çatdıraraq deyib ki, bu gün Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə maksimum dərəcədə məsuliyyətlə yanaşır və bundan sonra da belə edəcək. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Ölkəmiz beynəlxalq aləmdə baş verən gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Azərbaycan, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də Azərbaycanın müttəfiqlik öhdəlikləri çoxşaxəlidir.

“Dövlətimizin başçısı Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addım hesab edib. Azərbaycan Prezidentinin qənaətinə görə, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, belə bir sənəd tarixi hadisədir”, - deyə Ç.Qənizadə bildirib.

O deyib ki, bu gün Rusiya və Azərbaycanın iki etibarlı tərəfdaş olduğunu qeyd edərək Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidentinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutduğunu bildirib. Vladimir Putin dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirildi. Həmin səfər çərçivəsində iki ölkə nəinki münasibətlərin müttəfiqlik xarakterini təsdiqlədi, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdi. Bu gün Rusiya və Azərbaycanın iki etibarlı tərəfdaş olmasına heç bir şübhə ola bilməz. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə də təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Hazırda iki ölkə arasında münasibətlərin inkişafı yüksək qiymətləndirilir və təbii ki, bu müsbət dinamika bundan sonra da qorunub saxlanılacaq.

Dövlətimizin başçısının Ermənistanda revanşistlərin fəallaşmasına dəstək olan, bu ölkəni öldürücü silahlara təchiz edən bir sıra dövlətləri kəskin tənqid etdiyini diqqətə çatdıran tanınmış hüquqşünas deyib ki, bütün bunlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Azərbaycan Prezidenti deyib ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, ABŞ isə bunu etiraf etmir. Halbuki, Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələri ölkəmiz tərəfindən izlənilib. Hüquq müdafiəçisi bütün bunların fonunda Azərbaycanın 2025-ci ildə hərbi büdcəsinin rekord həcmdə artırılacağının zəruri olduğunu bildirib. Deyib ki, gələn il belə təhdidlərə cavab olaraq hərbi büdcəmiz təxminən 5 milyard dollar olacaq.

Ç.Qənizadə hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının baş tutmamasından da söhbət açıb: “Prezident İlham Əliyev bu məsələyə də münasibət bildirərək dedi ki, bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Bu iki maddədən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər. Digər bir məqam isə Ermənistanın öz Konstitusiyasını dəyişməkdir. Çünki Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi obyektiv şərtdir. Bununla yanaşı, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır. Əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda bu qurum nəyə lazımdır? Yəni, Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Hüquq müdafiəçisi müsahibədə digər mühüm bir məsələnin Qərbi azərbaycanlıların qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edilməsi barədə səslənən fikirdir. 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlının doğma yurd-yuvalarına qayıtması onların hüquqdur. Təəssüf ki, bu günədək Ermənistan rəhbərliyindən hələ də azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab alınmayıb.

“Dövlətimizin başçısı daha sonra COP29-un Bakıda yüksək səviyyədə keçirilməsi, iqlim mövzularına illik xərclərin 300 milyard dollar həcmində razılaşdırılması, Avropa İttifaqının missiyasının tədricən NATO-nun missiyasına çevrilməsi, Fransız kolonializminin iyrənc siması, Gürcüstanın bizim üçün çox mühüm tərəfdaş və yaxın dost olması və digər mühüm əhəmiyyətli məsələlər barəsində məlumat verib”, - deyə Ç.Qənizadə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri