Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır? Həkimdən açıqlama | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan ürək çatışmazlığından ölüm hallarına görə dünyada üst pillələrdə yer alan ölkələr sırasındadır.
"World Life Expectancy" portalının məlumatına əsasən, ölkəmiz koronar ürək xəstəliklərindən ölüm göstəricisinə görə, ikinci yerdə qərarlaşıb.
Siyahıya Tacikistan başçılıq edir, ilk beşlikdə isə Azərbaycan, Özbəkistan, Ukrayna və Oman da yer alır.
Ötən illərdə də buna oxşar statistikada yer almışıq. Bəs görəsən, sözügedən statistikada aşağı pillələrə düşmək üçün nə etməliyik?
Sağlamlığımızı necə qorumalıyıq? Çoxsaylı uğurlu əməliyyatları ilə tanınan ürək-damar cərrahı Rauf Yusifov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
Mütəxəssisin sözlərinə görə, ürək-damar xəstəliklərinin geniş yayılması bir neçə əsas risk amili ilə bağlıdır: "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycanda arterial hipertenziyanın yayılma səviyyəsi 42 faiz təşkil edir.
Müqayisə üçün, Türkiyədə bu göstərici 30, Avropa üzrə orta göstərici isə 35 faizdir.
Tam oxu
Xəbəri oxu