Icma.az
close
up
RU
Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır? Həkimdən açıqlama

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır? Həkimdən açıqlama

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan ürək çatışmazlığından ölüm hallarına görə dünyada üst pillələrdə yer alan ölkələr sırasındadır. "World Life Expectancy" portalının məlumatına əsasən, ölkəmiz koronar ürək xəstəliklərindən ölüm göstəricisinə görə, ikinci yerdə qərarlaşıb. Siyahıya Tacikistan başçılıq edir, ilk beşlikdə isə Azərbaycan, Özbəkistan, Ukrayna və Oman da yer alır.

Ötən illərdə də buna oxşar statistikada yer almışıq.

Bəs görəsən, sözügedən statistikada aşağı pillələrə düşmək üçün nə etməliyik? Sağlamlığımızı necə qorumalıyıq?

Çoxsaylı uğurlu əməliyyatları ilə tanınan ürək-damar cərrahı Rauf Yusifov mövzu ilə bağlı Oxu.Az-a danışıb.

Mütəxəssisin sözlərinə görə, ürək-damar xəstəliklərinin geniş yayılması bir neçə əsas risk amili ilə bağlıdır:

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycanda arterial hipertenziyanın yayılma səviyyəsi 42 faiz təşkil edir. Müqayisə üçün, Türkiyədə bu göstərici 30, Avropa üzrə orta göstərici isə 35 faizdir. Arterial hipertenziya uzunmüddətli dövrdə həm miokard infarktı, həm də insult riskini artırır. Bundan əlavə, 15 yaşdan yuxarı əhalinin 19.1 faizi, kişilərin isə təxminən 40 faizi siqaret çəkir. Uzunmüddətli siqaret istifadəsi damar divarında aterosklerozun yaranmasını sürətləndirir.

Həmçinin, Azərbaycanda bir nəfərin gündəlik duz istehlakı orta hesabla 10 qramdan çoxdur. Halbuki ÜST-nin tövsiyəsinə görə, bu rəqəm 5 qramdan az olmalıdır. Artıq duz istifadəsi arterial təzyiqin və ürək çatışmazlığının yaranma riskini artırır".

Ekspert əlavə edib ki, fiziki hərəkətsizlik artıq çəki, şəkərli diabet və hipertenziya riskini yüksəldir:

"Yağlı, karbohidratlı, qızardılmış və ət tərkibli yeməklərin çoxluğu qanda "pis xolesterin" (LDL) səviyyəsini artırır və damarların tıxanmasına səbəb olur.

Azərbaycan dünya üzrə ön sıralarda olmasa da, adambaşına illik spirtli içki istehlakı nisbətən yüksəkdir. Bu da həm arterial təzyiqin, həm də xolesterin səviyyəsinin artmasına gətirib çıxarır".

R.Yusifov ürək-damar xəstəliklərinin qarşısını almağın yollarından da danışıb:

"Mütləq şəkildə duz istifadəsini azaltmaq və siqareti tamamilə tərgitmək lazımdır. Yağlı və qızardılmış yeməklərin qəbulunu məhdudlaşdırmaq, qırmızı ət istehlakını həftədə üç dəfədən çox etməmək tövsiyə olunur. Gündə 1-2 porsiya meyvə və bol tərəvəz qəbul etmək sağlamlıq üçün daha faydalıdır. Həmçinin bədən çəkisinə nəzarət edilməli, fiziki aktivlik artırılmalıdır.

Məsələn, yüngül məşqlər üçün asta gəzinti, yoqa və ya hər gün 45 dəqiqə velosiped sürmək faydalıdır. Orta dərəcəli məşqlər üçün üzgüçülük, pilates, orta tempdə gəzinti - həftədə 5 gün, hər dəfə 30 dəqiqə olmaqla tövsiyə edilir. Ağır məşqlər üçün isə qaçış, basketbol, futbol və s. idman növləri həftədə 3 dəfə, ümumilikdə 75 dəqiqəni keçməməlidir.

Qeyd etmək lazımdır ki, işemik ürək xəstəliyi (stent və ya şunt əməliyyatı keçirmiş şəxslər) olan xəstələrə ağır fiziki yüklənmə tövsiyə edilmir. Bundan başqa, peşəkar idmançı olmayan insanlar üçün normadan artıq məşq sağlamlıq baxımından məqsədəuyğun sayılmır".

R.Yusifov vurğulayıb ki, son illərdə icbari tibbi sığorta sisteminin tətbiqi nəticəsində əhali üçün tibbi xidmət daha əlçatan olub.

Onun fikrincə, xəstəliklərin qarşısını almağın ən təsirli yolu erkən diaqnoz və erkən müalicədir:

"Bu səbəbdən əhalinin maarifləndirilməsi və xəstəliklərə laqeyd yanaşmanın təhlükələri barədə məlumatlandırılması vacibdir. Duz istehlakının azaldılması ilə bağlı milli proqramlar hazırlanmalıdır. Siqaret istifadəsinin azaldılması məqsədilə məsləhət mərkəzləri və qaynar xətlərin yaradılması labüddür. Qida məhsullarının üzərində sağlamlığa təsir dərəcəsini göstərən məlumatların yerləşdirilməsi, məktəb və iş yerlərində sağlam həyat tərzi ilə bağlı maarifləndirici sessiyaların təşkili mühüm əhəmiyyət daşıyır. Həmçinin arterial təzyiq və diabetin erkən aşkarlanması üçün mütəmadi skrininq proqramlarının həyata keçirilməsi vacibdir".

Ekspert sonda əlavə edib ki, təhsil və maarifləndirmə də ürək-damar xəstəlikləri ilə mübarizədə böyük önəm daşıyır:

"Mediada xəstəliklərin profilaktikasına dair geniş izahlı, qeyri-reklam xarakterli maarifləndirici verilişlərin təşkili vacibdir. Məktəblərdə "fast-food" və şəkərli, energetik içkilərin zərərləri barədə tədris proqramlarının tətbiqi, tibbi təhsilin keyfiyyətinin artırılması və ixtisaslı həkim kadrlarının hazırlanması da prioritet məsələlər sırasındadır".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Oktyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri