Azərbaycan ötən il Gürcüstandan 7 mindən artıq avtomobil idxal edib | Icma.az
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il Azərbaycan Gürcüstandan ümumi dəyəri 213,3 milyon ABŞ dolları olan 7 814 ədəd minik avtomobili idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında məlumat yayılıb.
İllik müqayisədə avtomobillərin tədarükündə dəyər baxımından 26,47%, say baxımından isə 1,6 dəfə azalma qeydə alınıb.
Avtomobillərin bir ədədinin orta qiyməti 27 min ABŞ dollarından çox olub.
2025-ci ildə Gürcüstandan ümumilikdə 2,81 milyard ABŞ dolları dəyərində 111 265 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7,02%-i Azərbaycana yönəldilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu