Azərbaycan ötən il Gürcüstandan 7 mindən artıq avtomobil idxal edib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il Azərbaycan Gürcüstandan ümumi dəyəri 213,3 milyon ABŞ dolları olan 7 814 ədəd minik avtomobili idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında məlumat yayılıb.
İllik müqayisədə avtomobillərin tədarükündə dəyər baxımından 26,47%, say baxımından isə 1,6 dəfə azalma qeydə alınıb. Avtomobillərin bir ədədinin orta qiyməti 27 min ABŞ dollarından çox olub.
2025-ci ildə Gürcüstandan ümumilikdə 2,81 milyard ABŞ dolları dəyərində 111 265 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7,02%-i Azərbaycana yönəldilib.
Bu mövzuda digər xəbərlər:Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43 % azaldıb
23 Yanvar 2025 16:27
Azərbaycan Gürcüstandan avtomobil idxalını azaltdı
19 Sentyabr 2025 14:46
Azərbaycan Gürcüstandan avtomobil idxalını azaldıb
20 Oktyabr 2025 11:52
Ötən il Gürcüstandan 71 Azərbaycan vətəndaşı deportasiya edilib
27 Fevral 2025 15:00
Azərbaycan Gürcüstandan avtomobil alışını 38 % azaldıb
21 Oktyabr 2025 16:41
Baxış sayı:84
Bu xəbər 20 Yanvar 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















