Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ermənistan hakimiyyəti sülhə hazır olduğu barədə dəfələrlə səsləndirdiyi bəyanatlara baxmayaraq, yenə də təxribat xarakterli anti-Azərbaycan siyasətini davam etdirir.
Belə ki, Ermənistan parlamentinin sədri Simonyan İrəvanda Cənubi Qafqaz-Avropa Parlamenti tərəfdaşlıq qrupunun sədri Nil Uşakov ilə görüşündə Qarabağla bağlı növbəti qərəzli, yalan dolu açıqlamalar verib, ölkəmizə qarşı təzyiqin göstərilməsini tələb edib”.
Ölkə.Az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir müddət öncə həmin Simonyan ağızdolusu Azərbaycanla sülhün bağlanması zərurətindən danışıb, tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib.
“Maraqlıdır, amma təəccüblü deyil. Budur Ermənistanın xarici siyasətinin mahiyyəti”, - o qeyd edib.
O əlavə edib ki, məlum olduğu kimi, Avropa Parlamenti çoxdan Avropanın ən çox korrupsiyaya qurşanmış strukturuna çevrilib və erməni lobbisinin ciddi maliyyə və Fransa hökumətinin təşkilati dəstəyi sayəsində mütəmadi olaraq anti-Azərbaycan qətnamələri qəbul edir: “Halbuki otuz il müddət ərzində Avropa Parlamentində azərbaycanlıların Qarabağdakı və Ermənistandakı evlərinə qayıdışının zəruriliyi ilə bağlı bir dəfə də olsun, nə bəyanat səsləndirib, nə də qətnamə qəbul edib.
Ölkəmizə qarşı bu cür qərəzli münasibət Avropanın təkcə Avropa Parlamentində deyil, eyni zamanda AŞPA-da, Avropa İnsan Hüquqları Məhkəməsində və digər Avropa strukturlarında da olan ikili standartların bariz göstəricisidir.