Icma.az
close
up
RU
Azərbaycan öz daxili işlərinə qarışmağa imkan verməyəcək

Azərbaycan öz daxili işlərinə qarışmağa imkan verməyəcək

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan hakimiyyəti sülhə hazır olduğu barədə dəfələrlə səsləndirdiyi bəyanatlara baxmayaraq, yenə də təxribat xarakterli anti-Azərbaycan siyasətini davam etdirir. Belə ki, Ermənistan parlamentinin sədri Simonyan İrəvanda Cənubi Qafqaz-Avropa Parlamenti tərəfdaşlıq qrupunun sədri Nil Uşakov ilə görüşündə Qarabağla bağlı növbəti qərəzli, yalan dolu açıqlamalar verib, ölkəmizə qarşı təzyiqin göstərilməsini tələb edib”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir müddət öncə həmin Simonyan ağızdolusu Azərbaycanla sülhün bağlanması zərurətindən danışıb, tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib. “Maraqlıdır, amma təəccüblü deyil. Budur Ermənistanın xarici siyasətinin mahiyyəti”, - o qeyd edib.

O əlavə edib ki, məlum olduğu kimi, Avropa Parlamenti çoxdan Avropanın ən çox korrupsiyaya qurşanmış strukturuna çevrilib və erməni lobbisinin ciddi maliyyə və Fransa hökumətinin təşkilati dəstəyi sayəsində mütəmadi olaraq anti-Azərbaycan qətnamələri qəbul edir:

“Halbuki otuz il müddət ərzində Avropa Parlamentində azərbaycanlıların Qarabağdakı və Ermənistandakı evlərinə qayıdışının zəruriliyi ilə bağlı bir dəfə də olsun, nə bəyanat səsləndirib, nə də qətnamə qəbul edib. Ölkəmizə qarşı bu cür qərəzli münasibət Avropanın təkcə Avropa Parlamentində deyil, eyni zamanda AŞPA-da, Avropa İnsan Hüquqları Məhkəməsində və digər Avropa strukturlarında da olan ikili standartların bariz göstəricisidir.

Bu arada 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlamış, xalqımıza qarşı etnik təmizləmə siyasətini həyata keçirmiş, bir milyona yaxın soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə saldırmış Ermənistanın xarici işlər naziri BMT-nin İnsan Hüquqları Şurasının iclasında utanmazcasına insan hüquqlarından danışıb, Azərbaycana qarşı yalan, iftira və təhrif dolu bəyanatlar səsləndirib, ölkəmizdə guya ərazi iddiaların olduğunu dilə gətirib, Qərbi Azərbaycan İcmasının ünvanına ittihamlar səsləndirib.

Ermənistan dərk etməlidir ki, onun beynəlxalq platformalarda tarixin zibilliyinə atılmış “Dağlıq Qarabağ” narrativini təbliğ etməsi sülhə xidmət etmir və erməni elitasında hələ də revanşist əhval-ruhiyyənin olduğunu göstərir. Əgər Ermənistan həqiqətən də davamlı və uzunmüddətli sülhə can atırsa, öz ərazisində qondarma rejimin qalıqlarının ləğv etməli, ərazi iddialarını nəzərdə tutan qanunvericiliyinə dəyişikliklər etməli, davamlı silahlanmanı dayandırmalı və sülh müqaviləsinin layihəsində razılaşdırılmamış bəndlər üzrə konstruktiv mövqeyini nümayiş etdirməlidir.

Eyni zamanda, həm Ermənistan rəhbərlərinə, həm də beynəlxalq təşkilatlara xatırlatmaq lazımdır ki, Azərbaycan öz daxili işlərinə qarışmağa imkan verməyəcək və heç nədən asılı olmayaraq öz mövqeyini və maraqlarını müdafiə edəcək”.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Fevral 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri