Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “Bu gün Azərbaycan Parlamentinin yaradılmasından 106 il ötür.
Bu münasibətlə Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü il 6-8 dekabr tarixlərində bir çox xarici ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirir.
106 il əvvəl – 1918-ci il dekabrın 7-də saat 13:25-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən Qız məktəbinin binasında Azərbaycan Cümhuriyyəti Parlamenti öz işinə başlayıb.
Bu, Azərbaycan tarixində çox böyük təqdirəlayiq hadisə idi. Bununla Azərbaycan Cümhuriyyəti öz varlığını və demokratiya prinsiplərinə bağlıl
Azərbaycan Cümhuriyyəti Parlamentinin xalqımızın dövlətçilik, parlamentarizm və ictimai-siyasi fikir tarixində rolu əvəzsizdir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı, Tarix elmləri doktoru danışıb.
Deputat qeyd edib ki, hər 24 min nəfər əhali üçün 1 nümayəndə prinsipi ilə Azərbaycan Cümhuriyyəti Parlamenti 120 üzvdən ibarət olub.
Bununla belə, sayca azlıq təşkil etmələrinə baxmayaraq, Azərbaycan ərazisində yaşayan alman, yəhudi, gürcü və polyak əhalisinin də hərəsinə 1 nümayəndə seçmək və parlamentdə təmsil olunmaq hüququ verilib.