Icma.az
close
up
RU
Azərbaycan Parlamenti 106 yaşını qeyd edir Tarix elmləri doktoru ilə 106 il əvvələ siyasi baxış...

Azərbaycan Parlamenti 106 yaşını qeyd edir Tarix elmləri doktoru ilə 106 il əvvələ siyasi baxış...

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu gün Azərbaycan Parlamentinin yaradılmasından 106 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü il 6-8 dekabr tarixlərində bir çox xarici ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirir. 106 il əvvəl – 1918-ci il dekabrın 7-də saat 13:25-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən Qız məktəbinin binasında Azərbaycan Cümhuriyyəti Parlamenti öz işinə başlayıb. Bu, Azərbaycan tarixində çox böyük təqdirəlayiq hadisə idi. Bununla Azərbaycan Cümhuriyyəti öz varlığını və demokratiya prinsiplərinə bağlılığını bütün dünyaya nümayiş etdirib. Azərbaycan Cümhuriyyəti Parlamentinin xalqımızın dövlətçilik, parlamentarizm və ictimai-siyasi fikir tarixində rolu əvəzsizdir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı, Tarix elmləri doktoru danışıb. Deputat qeyd edib ki, hər 24 min nəfər əhali üçün 1 nümayəndə prinsipi ilə Azərbaycan Cümhuriyyəti Parlamenti 120 üzvdən ibarət olub. Bununla belə, sayca azlıq təşkil etmələrinə baxmayaraq, Azərbaycan ərazisində yaşayan alman, yəhudi, gürcü və polyak əhalisinin də hərəsinə 1 nümayəndə seçmək və parlamentdə təmsil olunmaq hüququ verilib.

Vasif Qafarov

“Azərbaycan Parlamentinin ilk iclasında XX əsrin əvvəllərində Azərbaycan milli hərəkatında ən aparıcı fiqur olmaqla yanaşı, ümum-Rusiya müsəlmanları tərəfindən də lider kimi qəbul olunan görkəmli hüquqşünas, vətənpərvər ziyalı Əlimərdan Topçubaşov yekdilliklə parlamentin sədri, Həsən Ağayev isə sədrin birinci müavini seçilib.

Azərbaycan Cümhuriyyəti Parlamentində 11 fraksiya və 11 komissiya fəaliyyət göstərib. 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək, fəaliyyət göstərdiyi 16 ay 20 gün və ya 506 gün ərzində Azərbaycan Parlamentinin 145 iclası çağırılıb. Yetərsay (kvorum) olmadığı üçün bu iclaslardan 15-i baş tutmayıb. Azərbaycan Parlamentinin 145 iclasından yerdə qalan 130 iclasının 2-si - 28 may və 15 sentyabr 1919-cu il tarixli iclasları tarixi - Azərbaycanın istiqlalının və Bakının azad edilməsinin birinci ildönümləri münasibətilə; 2-si təntənəli – 12 mart 1919 və 12 mart 1920-ci il tarixli iclaslar Böyük Rus İnqilabının 2-ci və 3-cü ildönümləri münasibətilə; 2-si - 27 iyun 1919-cu il Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris Sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə, 2-si isə fövqəladə iclas olaraq - 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci il martın 17-də Gürcüstanla Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə keçirilmiş iclaslardır. Qalan 122 iclas isə işgüzar iclas olub, bu iclaslarda ölkənin daxili və xarici siyasəti, sosial, aqrar, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu, mədəni quruculuq və digər məsələlər müzakirə olunub, müvafiq qərar və qanunlar qəbul olunub. Bu iclaslarda Parlamentin gündəliyinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan təxminən 230-u qəbul edilib. Qalanları da bir sıra düzəlişlər və əlavələr edilməsi üçün təkrar komissiyalara göndərilib və onların müzakirəsi komissiyalarda davam etdirilib.

Azərbaycan Cümhuriyyəti Parlamentində müzakirə olunan qanunların demək olar ki, heç biri ilk oxunuşda qəbul olunmayıb, müzakirələrdə səsləndirilən fikirlər, ortaya qoyulan arqumentlər hər zaman nəzərə alınıb, redaktələr və düzəlişlər edilməsi üçün komissiyalara göndərilib və elə buna görə də qanunlar bir qayda olaraq yalnız üçüncü oxunuşdan sonra qəbul olunub”-deyən deputat vurğulayır ki, Azərbaycan Cümhuriyyəti Parlamenti öz mövcudluğu dövründə əsas fəaliyyətini ölkənin suverenliyinin qorunmasına, ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün lazımi şərait yaratmağa, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə siyasi, iqtisadi və ticarət əlaqələri yaratmağa yönəldib.

Vasif Qafarov hesab edir ki, Azərbaycan Parlamentinin qəbul etdiyi qanun və qərarların hamısı müstəqil ölkənin ilk qanun və qərarları olduğu üçün çox əhəmiyyətlidir. Lakin onların arasında elə qanunlar vardır ki, ölkə üçün onların əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Çünki bunların Azərbaycan Cümhuriyyətinin fəaliyyətini, strateji istiqamətlərini müəyyən etməkdə mühüm rolu olmuşdur. Bunlardan vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı Dövlət Universitetinin yaradılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və sair qanunları göstərmək olar.

Vasif Qafarov qeyd edib ki, Parlamentin öz fəaliyyəti zamanı ən çox diqqət yetirdiyi mühüm məsələlərdən biri də Azərbaycanda ordu quruculuğu olub. Çünki Parlament üzvləri başa düşürdülər ki, ölkənin siyasi və ərazi müstəqilliyini qoruyub saxlamaq üçün güclü ordu lazımdır. Ona görə də Azərbaycan Cümhuriyyəti parlamentində demək olar ki, mübahisəsiz və ümumi razılıq əsasında yalnız ordu quruculuğuna aid qanunların müzakirəsi keçir və qəbul olunurdu.

“1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Cümhuriyyəti Parlamenti həm qanunvericilik, həm demokratiya və həm də dövlətçilik sahəsində bir çox ilklərə imza atmaqla yanaşı, nəinki XX əsrin əvvəllərində, hətta indinin özündə belə bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək bir parlamentarizm tarixi yaradıb. Yaradılan bu parlamentarizm tarixi bu gün Azərbaycanın xalqının qürur mənbəyinə çevrilib.

Əminəm ki, Azərbaycan Cümhuriyyəti Parlamentinin yaradılması və fəaliyyətində böyük xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib Yusifbəyli, Həsən Ağayev, Məmməd Yusif Cəfərov, Məhəmməd Həsən Hacınski və digər Cümhuriyyət liderlərinin ruhları şaddır. Ona görə ki, ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi kimi Azərbaycan Cümhuriyyəti hökumətinin və Parlamentinin qarşısında dayanan ən ümdə vəzifələr hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tam təmin edilib. Regionun lider dövləti olan Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə özünün layiqli yerini tutub. Bu gün xanım Sahibə Qafarovanın sədrlik etdiyi Azərbaycan Respublikasının Milli Məclisi də Azərbaycan Cümhuriyyəti Parlamentinin dövlətçilik, qanunvericilik, demokratiya, beynəlxalq əməkdaşlıq və digər sahələrdə ənənələrini ən yüksək səviyyədə davam etdirir, yaşadır və inkişaf etdirir. Cümhuriyyət liderlərinin amalları da Azərbaycanı və onun Parlamentini belə görmək idi”-deyə Vasif Qafarov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Dekabr 2024 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see152

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see148

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see141

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see130

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see129

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see124

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see120

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see120

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see119

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see119

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see119

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see119

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see119

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see118

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see118

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see117

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see117

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see115

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see115

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri