Azərbaycan Prezident İlham Əliyevin beynəlxalq mahiyyətli iqtisadi layihələri ilə geosiyas…
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 5 sentyabr, AZƏRTAC Bu gün nəinki dünya iqtisadiyyatında, eləcə də qlobal siyasi proseslərdə dominant rolunu oynayan Çin ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
Çinin böyük həcmdə sərmayə yatırmaq imkanı ilə yanaşı siyasi dəstək vermək iqtidarına da malikdir.
“Qlobal Cənubun” aparıcı qüvvəsi olan Çin ötən il Azərbaycana 17,6 milyon dollar həcmində sərmayə yatırıb ki, bu da əvvəlki illərlə müqayisədə 4,2 dəfə çoxdur.
Ümumilikdə isə Çin bu günə kimi Azərbaycanda müxtəlif sahələrə 1 milyard dollara yaxın sərmayə yatırıb.
Bu rəqəmlər iki ölkə arasındakı əlaqələrin inkişafı üçün əsasdır.Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB-nin sədri Zaur İbrahimov bildirib.
Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan dövlətlər Çin ilə əməkdaşlıq edərək onun sərmayəsi və siyasi dəstəyindən istifadə edirlər ki, bu da məqbul sayılmalıdır.
“Bu günə kimi Çinin ŞƏT-ə üzv olan dövlətlərə investisiyalarının həcmi ümumilikdə 34 milyard dolları, digər ölkələrlə ikitərəfli ticarətin illik həcmi isə 500 milyard dolları ötüb.
Tam oxu
Xəbəri oxu