Icma.az
close
up
RU
Azərbaycan Prezident İlham Əliyevin beynəlxalq mahiyyətli iqtisadi layihələri ilə geosiyasi üstünlüklər qazanıb ŞƏRH

Azərbaycan Prezident İlham Əliyevin beynəlxalq mahiyyətli iqtisadi layihələri ilə geosiyasi üstünlüklər qazanıb ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Bu gün nəinki dünya iqtisadiyyatında, eləcə də qlobal siyasi proseslərdə dominant rolunu oynayan Çin ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Çinin böyük həcmdə sərmayə yatırmaq imkanı ilə yanaşı siyasi dəstək vermək iqtidarına da malikdir. “Qlobal Cənubun” aparıcı qüvvəsi olan Çin ötən il Azərbaycana 17,6 milyon dollar həcmində sərmayə yatırıb ki, bu da əvvəlki illərlə müqayisədə 4,2 dəfə çoxdur. Ümumilikdə isə Çin bu günə kimi Azərbaycanda müxtəlif sahələrə 1 milyard dollara yaxın sərmayə yatırıb. Bu rəqəmlər iki ölkə arasındakı əlaqələrin inkişafı üçün əsasdır.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB-nin sədri Zaur İbrahimov bildirib.

Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan dövlətlər Çin ilə əməkdaşlıq edərək onun sərmayəsi və siyasi dəstəyindən istifadə edirlər ki, bu da məqbul sayılmalıdır.

“Bu günə kimi Çinin ŞƏT-ə üzv olan dövlətlərə investisiyalarının həcmi ümumilikdə 34 milyard dolları, digər ölkələrlə ikitərəfli ticarətin illik həcmi isə 500 milyard dolları ötüb. Azərbaycan-Çin əlaqələrindən bəhs edərkən demək lazımdır ki, Avropa dövlətləri ilə ilə ticarət əlaqələrini genişləndirmək üçün Azərbaycan Çin üçün əvəzolunmaz tərəfdaşdır. Rusiya-Ukrayna müharibəsi Çinin Avropa ilə ilə nəqliyyat və tranzit əlaqəsinin kəsilməsinə səbəb olub. Şimal dəhlizi ilə Çindən Avropaya və əks istiqamətə daşınan yüklərin həcmi azalıb və təhlükəli olub. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri ölkəmizi tranzit və logistika mərkəzinə çevirib. Orta Dəhliz, onun davamı olan Zəngəzur dəhlizi, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu və bu dəhlizlərin fəaliyyəti üçün yaradılan infrastruktur Azərbaycanı Çinin əhəmiyyətli iqtisadi tərəfdaşına çevirib. Bu gün TransXəzər marşrutu və Orta Dəhlizlə Çindən Avropaya və əks istiqamətə daşınan yüklər hər iki tərəfin ticarət əlaqəsini artırır və iqtisadi inkişafı sürətləndirir”, - deyə Z.İbrahimov vurğulayıb.

Ekspertin əlavə edib ki, hazırda Çin və Azərbaycan tərəfləri yalnız tikinti materialları, neft-qaz axtarışı, infrastruktur əlaqələndirmə, kənd təsərrüfatı avadanlıqları, telekommunikasiya və texnologiya sahələrində konkret layihələr həyata keçirməklə kifayətlənmir. Bunlarla yanaşı külək enerjisi, günəş enerjisi və yeni enerji nəqliyyat vasitələri kimi yeni sahələrdə əməkdaşlığı da fəal şəkildə təşviq edirlər. Çin-Azərbaycan iqtisadi və ticarət investisiya əməkdaşlığının səviyyəsini daha da artırmaq üçün böyük potensial mövcuddur. İkitərəfli ticarət və investisiya həcminin daha da genişləndirilməsi, maliyyələşdirmə kanallarının daha da açılması və ticarət strukturunun optimallaşdırılması üçün də ehtiyac vardır. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə iki ölkə arasında hökumətlərarası ticarət və iqtisadi əməkdaşlıq komissiyasının mexanizminin rolunu tam şəkildə həyata keçirməyə hazırdır.

“Prezident İlham Əliyevin səfər çərçivəsində Çinin "China Energy Engineering Corporation Limited" ("Energy China") şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşü xüsusi ilə diqqəti cəlb edir. SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Bu xüsusda "Energy China"nın yaşıl enerji sahəsində, o cümlədən Azərbaycanda Günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində əməkdaşlıq davam edir. Azərbaycan dəniz kənarında olduğu üçün külək, cənub iqliminə malik olduğu üçün isə günəş enerjisi istehsal etmək üçün əlverişli ölkədir. Ölkəmiz Çin sərmayəsi ilə istehsal etdiyi elektrik enerjisini Avropaya idxalı edərək iqtisadi divident ilə yanaşı siyasi tərəfdaşlarını da artırmış olacaq. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edən Azərbaycan yalnız təbii qaz deyil, həmçinin elektrik enerjisi də idxal edərək qlobal iqtisadi proseslərdə aparıcı, etibarlı əməkdaşa çevriləcək. Bu şirkət Azərbaycanda yeni layihələr, o cümlədən tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, həmçinin su hövzələrində fotovoltaik elektrik panellərinin birgə inşası layihələrini həyata keçirməkdə maraqlıdır”, - deyə İB-nin sədri əlavə edib.

Ekspert bildirib ki, coğrafi baxımdan Çin ilə Avropanın qovşağında yerləşən Azərbaycan Prezident İlham Əliyevin beynəlxalq mahiyyətli iqtisadi layihələri ilə geosiyasi üstünlüklər qazanıb. Bu üstünlüklər gələcək üçün böyük perspektivlər yaradıb. Bu xüsusda qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin ŞƏT-nın Sammitində iştirak etmək üçün Çinə səfəri uğurla nəticələnib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri