Azərbaycan Prezidenti müsahibəsində sülh və inkişaf prioritetlərini təqdim etdi ŞƏRH AZƏRT…
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 8 yanvar, AZƏRTAC Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi.
Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti, həmçinin Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etdi: “Dövlətimizin başçısı ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi.
Bildirdi ki, Ermənistan, ilk növbədə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməli, bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir.
Ancaq görünür ki, Ermənistan 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətlərindən dərs çıxarmayıb.
Azərbaycan tərəfi humanistlik göstərərək dəfələrlə beynəlxalq tribunalardan da bəyan edib ki, biz artıq müharibə səhifəsini bağlamaq istəyirik, sülh istəyirik.
Ancaq görürük ki, Ermənistan və onun yeni havadarları bunu istəmirlər.
Tam oxu
Xəbəri oxu