Icma.az
close
up
RU
Azərbaycan Prezidenti müsahibəsində sülh və inkişaf prioritetlərini təqdim etdi ŞƏRH AZƏRTAC

Azərbaycan Prezidenti müsahibəsində sülh və inkişaf prioritetlərini təqdim etdi ŞƏRH AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti, həmçinin Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etdi: “Dövlətimizin başçısı ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Bildirdi ki, Ermənistan, ilk növbədə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməli, bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Ancaq görünür ki, Ermənistan 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətlərindən dərs çıxarmayıb. Azərbaycan tərəfi humanistlik göstərərək dəfələrlə beynəlxalq tribunalardan da bəyan edib ki, biz artıq müharibə səhifəsini bağlamaq istəyirik, sülh istəyirik. Ancaq görürük ki, Ermənistan və onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Ermənistan rəhbərliyi ağlını başına yığmalı, Azərbaycan liderinin tələblərini təcili şəkildə yerinə yetirməlidir. Əks təqdirdə, məsuliyyəti Ermənistan tərəfi daşıyacaq. Prezident İlham Əliyevin də söylədiyi kimi, “biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik”.

S.Salmanova söyləyib ki, Prezident İlham Əliyev müsahibə zamanı Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş məlumat verdi: “Ötən illərdə olduğu kimi bu il də işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndiriməsi prioritet vəzifə kimi dövlətimizin diqqət mərkəzində saxlanılacaq. Bu məqsədlə cari ildə ən azı 4 milyard manat ayrılacaq. Bildiyiniz kimi, üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılıb və bu proses 2025-ci ildə də davam etdiriləcək. Belə ki, cari ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulur. Hazırda həmin şəhər və kəndlərdə inşaat işləri gedir, layihələr icra olunur. Bu işlər yekunlaşdıqdan sonra isə ilin sonuna kimi 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Bunları nəzərə alaraq, cari ili Böyük Qayıdışın növbəti mərhələsi də adlandırmaq olar”.

İşğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələrinin yaxın bir-iki il ərzində yekunlaşdırılacağını deyən parlamentari əlavə edib: “Bu barədə dövlətimizin başçısı da müsahibəsində qeyd etdi. Ən çox vəsait bu layihələrə gedir. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi siyasət nəticəsində həyata keçirə bilirik. Həmçinin əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir. Qeyd etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir”.

Prezident İlham Əliyevin müsahibə zamanı səsləndirdiyi “bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar” fikrini xatırladan deputat bildirib ki, bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir. Qərbi Azərbaycan bizim tarixi və əzəli torpağımızdır. Burada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizləməyə məruz qalıblar, öz doğma torpaqlarından didərgin düşməyə məcbur ediliblər. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib. Ermənilər düşünülmüş şəkildə 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa döndəriblər. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır.

“İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ermənistan beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir. Onların tezliklə İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsində, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış “geri qayıtma hüququ”nu tanımalıdır”, - deyə Səbinə Salmanova vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri