Azərbaycan Prezidentinin kiçik ada dövlətlərinə növbəti siyasi dəstəyi | Icma.az
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
COP29 həm də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Liderlər Sammitində müasir dünyada kolinolizmin törətdiyi ağır fəlakətlərin fəsadları barədə dünya ictimaiyyətinə yeni və ünvanlı mesajların verilməsi ilə yadda qaldı.
Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev XXI əsrdə bəşəriyyətin və cəmiyyətin taleyinə qara ləkə kimi yazılmış postkolonializmin həm insan hüquq və azadlıqlarının boğulması, həm də beynəlxalq iqlim ailəsinin ana hədəfi olan ekoloji tarazlığını pozulmasına ciddi zərərlər vurmasına diqqət çəkdi.
Dövlət başçısı Avropanın bir sıra dövlətlərinin, xüsusilə də Fransa və Niderlandın Sakit okean, Afrika və Okeaniyadakı kiçik ada dövlətlərin təbiətinə və iqtisadi resurslarına vurduğu ölçüyəgəlməz ziyanların təkcə bu ölkələrin deyil, ümumilikdə bütün dünyanın iqlim ekosisteminə ağır zərər kimi dəyərləndirdi.
Əgər bu gün dünya dövlətləri BMT-nin İqlim Çərçivə Konvensiyası və Paris Sazişindən irəli gələn prioritetləri yerinə yetirmək, iqlim həmrəyliyi naminə karbon emissiyasını azaltma kimi başlıca öhdəliklər götürübsə, kiçik ada dövlətlərinin ekoloji ritmini pozan, kəskin karbon emissiyası ilə fəlakətlər yaradan Fransa və digərlərinin bu siyasətini durdurmalıdır.
COP29-un gündəliyində qırmızı xətt kimi nəzərə çarpan qlobal iqlim həmrəyliyi prinsipi və anlayışını məsuliyyətlə dərk edən Azərbaycan ona görə də, bu qlobal prioritetlərin illərdir ki, gözardı edilməsinə, buna səbəb olan böyük dövlətlərə çağırış edərək ekoloji riyakarlığa son verilməsini tələb edir.
Prezident İlham Əliyevin COP29 çərçivəsində keçirilən SIDS Sammitində verdiyi mesajlar bu baxımdan kəskin etiraz olmaqla, qlobal iqlim koalisiyasını tədbirin əsas şüarı olan yaşıl dünya həmrəyliyinə riayət etmək tələb idi.
Kiçik ada dövlətləri son illərdə müstəmləkəçi qlobal güclərin istismarçı sənaye fəaliyyətləri sayəsində ən çox karbon emissiyasına, dəhşətli çirklənmələrə məruz qalmaqdadır.
Tam oxu
Xəbəri oxu