Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin kiçik ada dövlətlərinə növbəti siyasi dəstəyi

Azərbaycan Prezidentinin kiçik ada dövlətlərinə növbəti siyasi dəstəyi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29 həm də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Liderlər Sammitində müasir dünyada kolinolizmin törətdiyi ağır fəlakətlərin fəsadları barədə dünya ictimaiyyətinə yeni və ünvanlı mesajların verilməsi ilə yadda qaldı.

Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev XXI əsrdə bəşəriyyətin və cəmiyyətin taleyinə qara ləkə kimi yazılmış postkolonializmin həm insan hüquq və azadlıqlarının boğulması, həm də beynəlxalq iqlim ailəsinin ana hədəfi olan ekoloji tarazlığını pozulmasına ciddi zərərlər vurmasına diqqət çəkdi. Dövlət başçısı Avropanın bir sıra dövlətlərinin, xüsusilə də Fransa və Niderlandın Sakit okean, Afrika və Okeaniyadakı kiçik ada dövlətlərin təbiətinə və iqtisadi resurslarına vurduğu ölçüyəgəlməz ziyanların təkcə bu ölkələrin deyil, ümumilikdə bütün dünyanın iqlim ekosisteminə ağır zərər kimi dəyərləndirdi.

Əgər bu gün dünya dövlətləri BMT-nin İqlim Çərçivə Konvensiyası və Paris Sazişindən irəli gələn prioritetləri yerinə yetirmək, iqlim həmrəyliyi naminə karbon emissiyasını azaltma kimi başlıca öhdəliklər götürübsə, kiçik ada dövlətlərinin ekoloji ritmini pozan, kəskin karbon emissiyası ilə fəlakətlər yaradan Fransa və digərlərinin bu siyasətini durdurmalıdır.

COP29-un gündəliyində qırmızı xətt kimi nəzərə çarpan qlobal iqlim həmrəyliyi prinsipi və anlayışını məsuliyyətlə dərk edən Azərbaycan ona görə də, bu qlobal prioritetlərin illərdir ki, gözardı edilməsinə, buna səbəb olan böyük dövlətlərə çağırış edərək ekoloji riyakarlığa son verilməsini tələb edir. Prezident İlham Əliyevin COP29 çərçivəsində keçirilən SIDS Sammitində verdiyi mesajlar bu baxımdan kəskin etiraz olmaqla, qlobal iqlim koalisiyasını tədbirin əsas şüarı olan yaşıl dünya həmrəyliyinə riayət etmək tələb idi.

Kiçik ada dövlətləri son illərdə müstəmləkəçi qlobal güclərin istismarçı sənaye fəaliyyətləri sayəsində ən çox karbon emissiyasına, dəhşətli çirklənmələrə məruz qalmaqdadır. Bu ölkələrin torpaq resursları heç bir ekoloji normalara məhəl qoyulmadan vəhşicəsinə istismar olunur, mədən sənayesindəki fəaliyyətlər bölgənin ətraf mühit ekosisteminin sıradan çıxarır. Azərbaycan isə neçə illərdir ki, Qoşulamama Hərəkatının sədri və eyni zamanda, humanist dövlət kimi bu ada dövlətlərinin yaşıl qayğsına qalır, il ərzində müxtəlif təşkilatlara, fondlara ianə edərək iqlim maliyyəsi üçün köməyini əsirgəməyib. Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon dollar məbləğində vəsait ayırıb. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalayıb ki, məqsəd kiçik ada dövlətlərinin iqlim fəsadları ilə bağlı dərin qiymətləndirmələr aparmasına kömək etməkdir.

Ona görə də dövlət başçısı bu məsələdə haqlı olaraq dünya ailəsininin diqqətini bu mövziya yönəldir: “Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.
Azərbaycan COP29-un ilk günü ən mühüm sənədin imzalanmasını təmin etməklə ada dövlətlərinə olan xüsusi yanaşmasını ortaya qoydu. Tədbir çərçivəsində Paris sazişinin 6.4 maddəsi (karbon bazarları) üzrə razılaşmanın əldə olunması ada dövlətlərinin ehtiyaclarına xidmət edir ki, doqquz il kağız üzərində qalan bu məsələ də rəsmi Bakının prinsipial mövqeyi sayəsində həll edildi.

Ancaq bütün bunlara baxmayaraq neokolonialistlər dayanmaq bilmir, əksinə Avropa ekoloji ekspansiyanı dərinləşdirir, onlar üçün yaşıl həmrəylik şüarı sanki kağız parçası təsiri bağışlayır. Azərbaycan COP29-a ev sahibliyini üzərinə götürdüyü üçün bu mənzərəyə sakit qalmır, qətiyyəti və cəsarəti ilə ikili standartlığa etiraz edir.

Məhz bu reallıqlar fonunda Azərbaycan Prezidenti Sammitdə dünya birliyinə, inkişaf etmiş dövlətlərə çağırış edərək onları kiçik ada dövlətlərinin yaşadığı ekoloji genosdilərin qarşısını almağa, təsirli dekarbonizasiya mühiti yaratmağa, ayrı-seçkiliyi aradan qaldırmağa dəvət edir. Fransa və Niderlandın “dəniz əraziləri”ndə yaratdığı fəlakətli iqlim dəyişmələri, kəskin hava şəraiti və ekoloji böhrana qarşı təsirli addımların atılmasını BMT qarşısında qaldırdı.“Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər”. Bu, COP29-un sədri Azərbaycanın ətraf mühitə qarşı ekoloji terrorların dayandırılmasını tələb etmək üçün ali haqqıdır.

Ramid Namazov

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see142

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see133

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see128

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see123

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see123

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see121

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see119

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see119

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see118

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see118

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see117

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see117

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see116

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see114

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see114

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri