Azərbaycan qadini adini tarix səhnəsinə qürurla həkk etmişdir | Icma.az
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan qadını tarixin bütün dövrlərində, çətin siyasi-tarixi aşamalarında hünər və ləyaqətilə fəaliyyət göstərmiş, vətənimizin müdafiəsində yaxından iştirakdan tutmuş, siyasət və dövlət quruculuğu sahəsinə qədər bütün müstəvilərdə adını tarix səhnəsinə qürurla həkk etmişdir.
Ötən əsrin əvvəllərində Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm fəaliyyətləri ilə önə çıxmışlar.1990-cı illərin müstəqillik dalğası qadınlarımızın azadlıq əldə etmə¬si¬nə və bu azadlıqdan maksimum bəhrələnərək cəmiyyətin müxtəlif sfera¬la¬rında fəaliyyət göstərmələrinə zəmin yaratdı.
İndi cə¬miy¬yət daha sürətlə irəliləyir, dünya cinsi fərdlər arasındakı hüquqları da¬ha çox bərabərləşdirməyə çalışır.
Bu gün bir çox beynəlxalq simpozium və kon¬franslar gender problemlərinə həsr olunur.
1990-cı illərdən başlayaraq, Ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi.
Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.
Dövlət başçısı qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman da imzalamışdır.
Tam oxu
Xəbəri oxu