Icma.az
close
up
RU
Azərbaycan qadini adini tarix səhnəsinə qürurla həkk etmişdir

Azərbaycan qadini adini tarix səhnəsinə qürurla həkk etmişdir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan qadını tarixin bütün dövrlərində, çətin siyasi-tarixi aşamalarında hünər və ləyaqətilə fəaliyyət göstərmiş, vətənimizin müdafiəsində yaxından iştirakdan tutmuş, siyasət və dövlət quruculuğu sahəsinə qədər bütün müstəvilərdə adını tarix səhnəsinə qürurla həkk etmişdir. Ötən əsrin əvvəllərində Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm fəaliyyətləri ilə önə çıxmışlar.1990-cı illərin müstəqillik dalğası qadınlarımızın azadlıq əldə etmə¬si¬nə və bu azadlıqdan maksimum bəhrələnərək cəmiyyətin müxtəlif sfera¬la¬rında fəaliyyət göstərmələrinə zəmin yaratdı. İndi cə¬miy¬yət daha sürətlə irəliləyir, dünya cinsi fərdlər arasındakı hüquqları da¬ha çox bərabərləşdirməyə çalışır. Bu gün bir çox beynəlxalq simpozium və kon¬franslar gender problemlərinə həsr olunur.

1990-cı illərdən başlayaraq, Ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dövlət başçısı qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman da imzalamışdır. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının I qurultayında çıxış edərək demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilməlidir.
Hazırda dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur. Ölkə başçısının 2006-cı il 6 fevral tarixli qərarı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması isə bu sahəyə dair problemlərin nəzarətdə saxlanması və mütərəqqi qaddımların atılması istiqamətində mühüm diqqət sayılmalıdır.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu yüksək səviyyədə təmsil edir. Onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban Əliyeva bu gün ölkəmizdə maarifçilik, quruculuq istiqamətində genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər əsaslı işlərin icrasını təmin edir. Azad edilmiş Qarabağda həyata keçirilən mühüm işlər, xüsusilə, onun mədəniyyət sahəsində imza atdığı yeniliklər Mehriban Əliyevanın humanist, qurucu xarakterinin, milli dəyərlərə bağlılığının, əxlaqi-mənəvi bütövlüyünün təzahürü kimi müstəsnadır.
Həmçinin qeyd etməliyik ki, Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi, Milli Məclisdə də uğurla təmsil olunur. Artıq Milli Məclisdə 26 qadın deputat yer alıb. 2020-ci il martın 10-dan Milli Məclisə sədrlik Sahibə Qafarovaya həvalə olunmuşdur ki, onun xarakterində əyanilən intellektuallıq və güclülük ən vacib dəyər elementi kimi örnək qismində qəbul olunmalıdır.
Bu gün Azərbaycan qadını daha sivil və müstəqildir, onun öz düşün¬cə¬lərinə sahib çıxması, öz maraqlarında və baxışlarında qətiyyətli mövqe nü¬mayiş etdirməsi qarşısında maneə yoxdur. Əlbəttə, hələ də həyatın dibində ça¬ba¬la¬yan qadınlarımız var ki, hüquqları tapdanır, onunla rəftarda ifrat kobudluğa, cahilliyə varılır. Doğrudur, bu cür hallar bizim cəmiyyətdə aparıcı deyil, ötən əsrə nisbətən prioritet xətti təşkil etmir. Azərbaycanda əksər ailələr çox sağlam, nümunə ola biləcək dəyərlər, meyarlar üzərində qurulub.
Ailə bizim mentalitetdə ən öndə duran faktorlardan biridir və Azərbaycan milli təfəkkürünün daşıyıcısı olan qadın cəmiyyətdə qazandığı nüfuzun, tutduğu mövqenin dərəcəsindən asılı olmayaraq ailə dəyərlərinə böyük önəm verir. Azərbaycan ailəsi bir modeldir. Öz dəyərlərini, meyarları, ailəni qurmaq və onu qorumaq əzmkarlığı, məsuliyyəti və ləyaqəti ilə. Bu gün qloballaşan dünyamızda çox şey öz stixiyasından çıxır, məhvərindən dönür. Əl¬bəttə, qloballaşma çağdaş zamanımızın nəbzidir. Bütün sahələrdə dünyaya inteqrasiya olunma prosesi gedir və bu, belə də olmalıdır. Bəşəriyyətin qloballaşmaya doğru getdiyi bir vaxtda biz də qapalı dövriyyə ilə kifayətlənə bilmərik. Lakin bizə Qərbin diktə etdiyi, bizim dəyərlərimizə zidd olan, mənəvi-estetik əsasdan məhrum modellər gərək olmamalıdır. Yeniləşmək, müasirləşmək cəhdi insanı başqalaşdırmamalı, öz bakirəliyindən, təbii görünüş və mənəviyyatından ayırmamalıdır. Əslində, mədəniyyətin milli koloriti və orijinal xüsusiyyətləri o zaman qorunub saxlana bilir ki, xalq öz mənəvi-ruhsal dəyərlərini, özgürlüyünü zamanın sınaqlarından, ona edilən əl, dil və qılınc hücumundan uğurla çıxara bilir. Əgər çıxara bilmirsə, millətin saflığını, «ailə və cəmiyyət» şüurunun sağlamlığını, mövcudluğunu da təhlükə qarşısında qoyur.
Bir çox şeydə yeniliklər, irəliləyişlər edə bilərik, lakin ailə faktoruna münasibətdə daha mühafizəkar, daha həssas və diqqətli olmalıyıq. Çünki hər şey ailədən, ocaqdan başlayır. Milli-mənəvi arxetipdən və genefonddan xali olan bir ailədə sağlam əqidəyə və düşüncəyə malik vətəndaş yetişdirilə bilməz. Əksinə, düşünürəm ki, ailə modeli kontekstində Şərq Qərbə nümunə olmalıdır. Zənnimcə, bu kontekstdə bizim nümunə kimi Qərbə təqdim edə biləcəyimiz təkrarsız milli çalar ailə dəyərlərimiz, ailə bütövlüyümüzdür. Biz bu bütövlüyümüzdə, sağlam ailə institutumuzun qorunması işində mühafizəkar olmalıyıq.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri