Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ruslan Rzayev, YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri Mart ayının 8-i təqvimin yaddaqalan və fərəhli günlərindən biridir.
Ona görə ki, bu bayram anaların, bacıların, tarixən ağlı, zəkası, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınlarının əziz bayramıdır.
Tarixin bütün dövrlərində qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar,qəhrəmanlıqlar göstərmişlər.
Azərbaycançılıq,milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək ölkəmizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, təhsilimizin, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər.
Azərbaycan qadınları bütün sahələrdə öz səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran kamil vətəndaşlar kimi yetişməsi işinə böyük töhfələr verirlər.
Azərbaycan qadınları öz əzəli borcu olan analıq vəzifəsini şərəflə yerinə yetirir, Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən vətənpərvər övladlar tərbiyə edib yetişdirirlər.
Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır.