Icma.az
close
up
RU
Azərbaycan qadınları şərəf, qeyrət rəmzidir!

Azərbaycan qadınları şərəf, qeyrət rəmzidir!

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ruslan Rzayev,
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Mart ayının 8-i  təqvimin yaddaqalan və  fərəhli günlərindən biridir. Ona görə ki, bu bayram anaların, bacıların, tarixən ağlı, zəkası, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınlarının əziz bayramıdır. Tarixin bütün dövrlərində  qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar,qəhrəmanlıqlar  göstərmişlər.

Azərbaycançılıq,milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün  dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək ölkəmizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, təhsilimizin, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan qadınları bütün sahələrdə öz səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran kamil vətəndaşlar kimi yetişməsi işinə böyük töhfələr verirlər.

Azərbaycan qadınları öz əzəli borcu olan analıq vəzifəsini şərəflə yerinə yetirir, Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən vətənpərvər övladlar tərbiyə edib yetişdirirlər.

Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə    Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu prosesdə onların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur.

Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə bilən Ulu Öndərimiz Heydər Əliyev hər zaman qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirərək  deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".

Böyük minnətdarlıq hissi ilə qeyd etmək olar ki, Ulu Öndərimiz respublikamıza rəhbəlik etdiyi illərdə nəinki qadınlarımızın xidmətlərini yüksək qiymətləndirir, həm də onların uca zirvələr fəth etmələrinə əlverişli mühit yaradır, xanımları daha məsul vəzifələrə irəli çəkirdi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında insanların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını tələb edir. Bu baxımdan qeyd edilməlidir ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmirdi. Qadın problemlərinin həlli zərurəti Azərbaycan qadınlarının 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayında qeyd olundu. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində  Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultay göstərdi ki, cəmiyyətdə qadınların rolunun artırılması yolunda hələ çox iş görülməlidir. Qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə Ulu Öndər 6 mart 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalamışdır. Bütün bu görülən işlərin məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında” 21 maddədən ibarət Azərbaycan Respublikasının Qanununu imzalamışdır.

Müasir qadın hərəkatının Azərbaycanda canlanmasında mühüm əhəmiyyətə malik olan növbəti mütərəqqi addım 1995-ci ilin iyun ayında ölkəmizin BMT-nin ”Qadınlara münasibətdə hər cür ayrı-seçkilyin ləğv edilməsi haqqında” Konvensiyasına qoşulması oldu. Bu Konvensiyaya qoşulmaqla respublikamız öz üzərinə müvafiq öhdəliklər götürdü.

Ulu Öndərin haqq yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Möhtərəm Prezident İlham Əliyev tərəfindən 1998-ci ildə yaradılmış “Qadın problemləri üzrə Dövlət Komitəsi”nin səlahiyyətləri daha da genişləndirilərək  “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. Hazırda bu qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində müstəsna rol oynayır.

İnsanlığın şərəf, qeyrət, qüdrət rəmzi olan Azərbaycan anaları bu gün dünyanın xoşbəxtidirlər. Çünki onların yetişdirdiyi  ağıllı, zəkalı, vətənpərvər, qəhrəman oğullar Müzəffər  Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük  Vətən müharibəsində və 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində tarixi  qələbələr qazanaraq Azərbaycanı dünya dövlətləri arasında ucaltdı, zirvələrə qaldırdı. 30 il əvvəl itirilmiş ərazi bütövlüyümüz, suverenliyimiz  yenidən bərpa olundu, xalqımızın milli mənəviyyatı dirçəldi, vətən həsrətimizə son qoyuldu və aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə,dünyada söz sahibinə  çevrildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri