Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətləri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi Prezident İlham Əliyevin intensiv xarici siyasət kursunun əsas prioritet istiqamətlərindən biri olaraq qalır.
Bunu Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında türk dünyasının birliyinin möhkəmləndirilməsindən də görmək mümkündür.
İki dost və qardaş ölkənin liderlərinin – İlham Əliyev və Kasım-Jomart Tokayevin səyləri nəticəsində Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.
Eyni zamanda, bu iki türk dövləti arasında ticarət dövriyyəsi getdikcə artmaqda davam edir, humanitar əməkdaşlıq da sürətlə genişlənir.Prezident İlham Əliyevin qardaş ölkəyə dövlət səfəri isə Azərbaycan-Qazaxıstan əməkdaşlığının güclənməsinə daha da təkan verəcək.
Astana şəhərinin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi şəxsən qarşılayan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxış edərkən dövlətimizin başçısının ikitərəfli münasibətlərin inkişafına töhfəsini xüsusilə qeyd etdi: “Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinə, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsində nail olunub.
Bu məsələyə dəyişməz dəstəyinizi və diqqətinizi dərindən və yüksək qiymətləndirirəm”.Qazaxıstan dövlətinin başçısı, həmçinin İham Əliyevin Qazaxıstana səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün çox böyük əhəmiyyətini qeyd edərək, Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsinin Qazaxıstan üçün böyük prioritet olduğunu vurğuladı: “Əvvəlcə strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin daha da inkişafı, nəhayət qardaş xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmləndirilməsi baxımından böyük, hətta deyə bilərik ki, kritik əhəmiyyətə malik olan Qazaxıstan Respublikasına rəsmi dövlət səfərinizdə Sizi bir daha salamlamaq istərdim.
Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir.