Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Azərbaycan Qazaxıstan əməkdaşlığı bütün bölgə ölkələri üçün müsbət nümunədir

Azərbaycan Qazaxıstan əməkdaşlığı bütün bölgə ölkələri üçün müsbət nümunədir

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətləri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi Prezident İlham Əliyevin intensiv xarici siyasət kursunun əsas prioritet istiqamətlərindən biri olaraq qalır. Bunu Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında türk dünyasının birliyinin möhkəmləndirilməsindən də görmək mümkündür. İki dost və qardaş ölkənin liderlərinin – İlham Əliyev və Kasım-Jomart Tokayevin səyləri nəticəsində Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Eyni zamanda, bu iki türk dövləti arasında ticarət dövriyyəsi getdikcə artmaqda davam edir, humanitar əməkdaşlıq da sürətlə genişlənir.
Prezident İlham Əliyevin qardaş ölkəyə dövlət səfəri isə Azərbaycan-Qazaxıstan əməkdaşlığının güclənməsinə daha da təkan verəcək. Astana şəhərinin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi şəxsən qarşılayan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxış edərkən dövlətimizin başçısının ikitərəfli münasibətlərin inkişafına töhfəsini xüsusilə qeyd etdi: “Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinə, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsində nail olunub. Bu məsələyə dəyişməz dəstəyinizi və diqqətinizi dərindən və yüksək qiymətləndirirəm”.
Qazaxıstan dövlətinin başçısı, həmçinin İham Əliyevin Qazaxıstana səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün çox böyük əhəmiyyətini qeyd edərək, Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsinin Qazaxıstan üçün böyük prioritet olduğunu vurğuladı: “Əvvəlcə strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin daha da inkişafı, nəhayət qardaş xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmləndirilməsi baxımından böyük, hətta deyə bilərik ki, kritik əhəmiyyətə malik olan Qazaxıstan Respublikasına rəsmi dövlət səfərinizdə Sizi bir daha salamlamaq istərdim. Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir”.
Öz növbəsində Prezident İlham Əliyev də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxış edərkən Qazaxıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini xüsusi olaraq qeyd etdi və buna görə qazaxıstanlı həmkarına minnətdarlığını bildirdi: “Torpaqlarımızın işğal altında olduğu uzun illər ərzində Qazaxıstan ardıcıl olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Biz bu dəstəyi həm ikitərəfli, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlardakı mövqeyi ilə həmişə hiss etmişik və buna görə Sizə çox minnətdarıq”.
Prezident İlham Əliyev, həmçinin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” İnformasiya Agentliyinə verdiyi müsahibəsində xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlərin birləşdirdiyini, mədəni və humanitar əlaqələrin inkişafının qardaşlıq bağlarının möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq, bu gün Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar prinsiplərinə əsaslanan əməkdaşlıq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, mədəni-humanitar və ekoloji sahələrdə çoxşaxəli xarakter daşıdığını, eləcə də iki ölkə arasında mövcud olan fəal siyasi dialoqun təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmadığını, bu dialoqun bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafına yol açmaqla yanaşı, həm də regional sabitliyin möhkəmləndirilməsinə və iqtisadi inteqrasiyanın sürətləndirilməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
Bu gün Azərbaycan dost və qardaş Qazaxıstanla bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyir. Dövlət başçıları arasında yaranmış qarşılıqlı hörmət və etimad mühiti də ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir. Belə ki, Prezident İlham Əliyev son üç ildə Qazaxıstana yeddi dəfə səfər edib. Həmçinin Prezident Kasım-Jomart Tokayev də Azərbaycana altı dəfə səfər etməklə ikitərəfli əlaqələrin gücləndirilməsində maraqlı olduğunu nümayiş etdirib. Onların qarşılıqlı səyləri bütövlükdə Türk dünyasının birliyinin gücləndirilməsi işinə də mühüm töhfə verir. Bu gün Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının (TDT) timsalında qlobal geosiyasətdə yeni güc mərkəzinin formalaşması istiqamətində ciddi səy göstərirlər. TDT get-gedə bütün türk xalqlarının inteqrasiyasının aparıcı platformasına çevrilir.
Prezident İlham Əliyev də “Kazinform”a müsahibəsində Azərbaycan və Qazaxıstanın TDT daxilində aparıcı rol oynadıqlarını vurğulayıb: “Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır”. Türk Dövlətləri Təşkilatının getdikcə daha da möhkəmlənməsinə, bu təşkilatın qlobal aktorlardan birinə çevrilməsinə, eləcə də bu birlik çərçivəsində Türk dünyasının iqtisadi və hərbi gücünün artırılmasına töhfə vermək baxımından hər iki ölkə kifayət qədər böyük potensiala malikdir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan hazırda türk dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsində aparıcı rol oynayır. Hər iki ölkə Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA kimi ümumtürk platformaları çərçivəsində də fəal əməkdaşlıq edir. Bir sözlə, Azərbaycan-Qazaxıstan dostluğu və əməkdaşlığı bütövlükdə Türk dünyasının həmrəyliyinə böyük töhfədir.
Azərbaycan-Qazaxıstan strateji münasibətləri təkcə bu gün üçün deyil, TDT çərçivəsində gələcək birgə inkişafa hədəflənib. İki ölkə arasında imzalanmış 170-ə yaxın sənəd siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə hesablanıb. Bu il 20 illiyi qeyd edilən “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” hər iki ölkənin bugünkü və gələcək əməkdaşlığı üçün etibarlı təməl yaradıb. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında birgə infrastruktur layihələrinin reallaşdırılmasına və Avropa ilə Asiyanı Azərbaycan üzərindən birləşdirən nəqliyyat dəhlizinin təşviqinə güclü təkan verəcək. Hər iki ölkə regional sabitliyin, iqtisadi inteqrasiyanın və enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynamaqla Cənubi Qafqaz və Türküstan (Mərkəzi Asiya) regionunda cərəyan edən geosiyasi proseslərə təsir imkanlarını daha da artıracaq. Azərbaycan–Qazaxıstan əməkdaşlığı bütün bölgə ölkələri üçün müsbət nümunədir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri