Azərbaycan Qazaxıstan münasibətlərində yüksək səviyyəli etimad mühiti mövcuddur | Icma.az
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfəri etdi.
Azərbaycan Prezidentinin Astana Beynəlxalq Aeropotunda Prezident Kasım-Jomart Tokayev tərəfindən şəxsən qarşılanması dövlətlərarası münasibətlərlə yanaşı, Liderlər arasında əlaqələrin də ən yüksək səviyyədə olmasından xəbər verir.
Bunu Prezident İlham Əliyevin səfər ərəfəsində “Kazinform”a verdiyi müsahibədən də görmək mümkündür.
Ötən illər ərzində ölkələrimiz arasında 170-ə qədər sənəd imzalanıb.
Siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələri əhatə edən bu sənədlər, ilk növbədə, o deməkdir ki, dövlətlərimiz arasında səmərəli əməkdaşlığın kifayət qədər möhkəm və etibarlı hüquqi bazası mövcuddur.Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illik tarixi ona dəlalət edir ki, əlaqələrin və qarşılıqlı etimad mühitinin dərinləşməsi naminə bu illər ərzində böyük yol qət olunub, qətiyyətli siyasi iradə göstərilib.
Artıq ikinci ildir ki, fəaliyyət göstərən Ali Dövlətlərarası Şuranın özü də məhz bu iradənin məntiqi nəticəsidir.
O da danılmaz həqiqətdir ki, əlaqələrin bu səviyyəyə yüksəlməsinin siyasi və iqtisadi əsasları ilə yanaşı, təbii özəllikləri də mövcuddur.Prezident İlham Əliyev “Kazinform”a müsahibəsində bu məqamı xüsusi olaraq vurğuladı: “Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.
Son üç ildə Azərbaycan Prezidentinin Qazaxıstana yeddi, Prezident Kasım-Jomart Tokayevin ölkəmizə altı dəfə səfər etməsi həm də onun göstəricisidir ki, Liderlərimiz arasında yüksəksəviyyəli etimad mühiti mövcuddur.
Tam oxu
Xəbəri oxu