Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan münasibətlərində yüksək səviyyəli etimad mühiti mövcuddur

Azərbaycan Qazaxıstan münasibətlərində yüksək səviyyəli etimad mühiti mövcuddur

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfəri etdi. Azərbaycan Prezidentinin Astana Beynəlxalq Aeropotunda Prezident Kasım-Jomart Tokayev tərəfindən şəxsən qarşılanması dövlətlərarası münasibətlərlə yanaşı, Liderlər arasında əlaqələrin də ən yüksək səviyyədə olmasından xəbər verir. 
Bunu Prezident İlham Əliyevin səfər ərəfəsində “Kazinform”a verdiyi müsahibədən də görmək mümkündür. Ötən illər ərzində ölkələrimiz arasında 170-ə qədər sənəd imzalanıb. Siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələri əhatə edən bu sənədlər, ilk növbədə, o deməkdir ki, dövlətlərimiz arasında səmərəli əməkdaşlığın kifayət qədər möhkəm və etibarlı hüquqi bazası mövcuddur.
Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illik tarixi ona dəlalət edir ki, əlaqələrin və qarşılıqlı etimad mühitinin dərinləşməsi naminə bu illər ərzində böyük yol qət olunub, qətiyyətli siyasi iradə göstərilib. Artıq ikinci ildir ki, fəaliyyət göstərən Ali Dövlətlərarası Şuranın özü də məhz bu iradənin məntiqi nəticəsidir. O da danılmaz həqiqətdir ki, əlaqələrin bu səviyyəyə yüksəlməsinin siyasi və iqtisadi əsasları ilə yanaşı, təbii özəllikləri də mövcuddur.
Prezident İlham Əliyev “Kazinform”a müsahibəsində bu məqamı xüsusi olaraq vurğuladı: “Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”
Son üç ildə Azərbaycan Prezidentinin Qazaxıstana yeddi, Prezident Kasım-Jomart Tokayevin ölkəmizə altı dəfə səfər etməsi həm də onun göstəricisidir ki, Liderlərimiz arasında yüksəksəviyyəli etimad mühiti mövcuddur. Məhz bu cür mühit dünyanı silkələyən yeni çağırışları ölkələrimiz üçün faydalı fürsətə çevirməyə, xalqlarımızın ortaq rifahı naminə çevik qərarların qəbuluna imkanlar yaradır. Məlumdur ki, yeni dünya düzəninin formalaşması prosesi ciddi rəqabət və qarşıdurmalarla müşayiət olunur. Bu amil dövlətlərarası münasibətlərlə yanaşı, bir sıra beynəlxalq təşkilatların fəaliyyətinə də təsirsiz ötüşmür.
Onların bir çoxunda qarşılıqlı etimad mühitinin zədələnməsi, ənənəvi dəyərlərin, o cümlədən beynəlxalq hüququn siyasi maraqlara qurban verilməsi dövrümüzün reallığıdır. Yeni dəhlizlər və onlara nəzarət uğrunda rəqabətin pik həddə çatması da günümüzün gerçəkliyidir. 
Bir vaxtlar Türk dövlətlərinin birliyi və Orta Dəhliz çoxlarına xülya kimi görünürdüsə, bu gün artıq onlar da müasir dünyanın reallığıdır. 2009-cu ildə “Naxçıvan Sazişi” ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) bu gün nəinki Avrasiya məkanında, daha geniş coğrafiyada təsirli beynəlxalq faktorlardan birinə çevrilməkdədir. Çünki bu təşkilat bəzi təsisatlardan fərqli olaraq, ortaq tarixi köklərə və eyni dəyərlərə söykənir.

Prezident İlham Əliyev müsahibəsində TDT çərçivəsində əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini  və hədəf arealının daha da genişləndiyini xüsusi qeyd etdi: “Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb”.

Müsahibədə diqqət çəkən məqamlardan biri də onunla bağlıdır ki, Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstanın sıx əməkdaşlıqda olduğu beynəlxalq təşkilatlar sırasında TDT ilə yanaşı, BMT-ni, İslam Əməkdaşlıq Təşkilatını, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsini ayrıca qeyd etdi.

Prezidentin məxsusi diqqət ayırdığı məsələlərdən biri də Orta Dəhlizdir. Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı ilə bağlı üç il əvvəl Aktauda imzalanmış “2022-2027-ci illər üçün Yol Xəritəsi”  bu dəhliz boyunca Türk dövlətlərinin logistika imkanlarının səfərbər olunmasına və daha sıx əlaqələndirilməsinə xidmət edir. Təsadüfi deyil ki, təkcə 2024-cü ildə Orta Dəhliz vasitəsilə tranzit daşımalarının həcmi əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tonu keçib.

Azərbaycan və Qazaxıstan Prezidentlərinin iştirakı ilə oktyabrın 21-də Astanada təqdim olunan “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ilə bağlı birgə layihə bir daha təsdiq etdi ki, Orta Dəhliz regional və qitələrarası ticarətin artmasında strateji əhəmiyyətə malikdir. Elə bu səbəbdən, 2030-cu ilədək həmin dəhliz vasitəsilə tranzit daşımalarının həcminin üç dəfə artacağı proqnozlaşdırılır. 


Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin regional çərçivəni çoxdan aşaraq qlobal strateji səviyyəyə yüksəldiyini göstərən məqamlardan biri də Aktau-Ceyhan marşrutu ilə bağlıdır. Ölkəmizdən keçən bu marşrut vasitəsilə ildə 1,5 milyon ton Qazaxıstan neftinin nəqli həyata keçirilir.

Ötən il imzalanmış Sazişdə tranzit həcminin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması nəzərdə tutulur. Şübhəsiz ki, bu marşrutun mövcud imkanlarının genişlənməsi Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin güclənməsinə xidmət edəcək. Onun tam gücü ilə işə salınması, eyni zamanda,  dəhliz boyunca Türk dövlətlərinin daha sıx inteqrasiyasına yeni imkanlar yaradacaq. 

Prezident İlham Əliyev müsahibədə TDT çərçivəsində siyasi, iqtisadi və hərbi-texniki əlaqələrlə yanaşı, mədəni və humanitar əlaqələrin dərinləşməsinin əhəmiyyətinə də xüsusi diqqət ayırdı. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə Türk dövlətlərinin verdiyi töhfələr, ilk növbədə, o deməkdir ki, Azərbaycan tarixində qardaş Türk xalqlarının izi və imzası əbədi yaşayacaq. Prezidentin müsahibədə səsləndirdiyi növbəti açıqlama həm də  bu baxımdan olduqca önəmlidir: “Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır”. 
Belə təşəbbüslər dövlətlərarası münasibətlərdə səmimiyyətin  göstəricisi olmaqla yanaşı, həm də TDT çərçivəsində güclənən əlaqələrin əyani təsdiqidir.  Bununla TDT-yə üzv olan ölkələr ortaq tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə yalnız sözdə deyil, əməldə də sadiq olduqlarını sübut edirlər. Bu, Türk Dövlətləri Təşkilatını içəridən ciddi sarsıntılara məruz qalan bir çox beynəlxalq təşkilatlardan əhəmiyyətli dərəcədə fərqləndirir və onun təbii təməllərə söykənən üstünlüyünü nümayiş etdirir. 
Oktyabrın 21-də Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında Prezident Kasım-Jomart Tokayevin “Azərbaycan Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlətdir. Hörmətli İlham Heydər oğlu,  Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsi, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsindədir. Mən Sizin bu məsələyə daimi dəstək və diqqətinizi dərindən, yüksək qiymətləndirirəm. Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri Sizin qurucu, güclü liderliyinizlə ayrılmaz şəkildə bağlıdır”, -məzmunlu bəyanatı istər ölkələrimiz arasında, istərsə də TDT çərçivəsində Azərbaycan Prezidentinin müstəsna xidmətlərinin səmimi etirafıdır.
Qazaxıstan dövlət başçısının Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş diplomatik uğurlara, xalqımızın mübarizə əzminə verdiyi qiymət məna dərinliyi və dəqiqliyi ilə xüsusi diqqət çəkir: “Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd etmək istəyirəm və ABŞ Prezidenti Donald Tramp tərəfindən haqlı olaraq qeyd edilib ki, Siz çox güclü mövqeyə malik olmağınıza rəğmən belə bir çox mühüm sənədin imzalanmasına razı oldunuz. Bu, Azərbaycanın və Sizin rəhbərliyinizlə Azərbaycan xalqının xüsusi mövqeyindən və öz potensialına inamından xəbər verir. Sizin göstərdiyiniz qətiyyətli siyasi iradə, strateji baxış mürəkkəb məsələlərin həllində və gələcək nəsillərin taleyi üçün məsuliyyətdə müdrik yanaşmanın parlaq nümunəsidir”.     
Prezidentin Qazaxıstana hazırkı dövlət səfəri çərçivəsində imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanat” ona dəlalət edir ki, dövlətlərarası əlaqələrin inkişafı ilə bağlı hər iki ölkə Liderinin mövqeyi üst-üstə düşür.

Ən yüksək səviyyədə qarşılıqlı etimadın və ali siyasi iradənin mövcudluğu münasibətlərimizin müttəfiqlik əsasında güclənməsinə möhkəm zəmin yaradır. Prezident İlham Əliyev oktyabrın 21-də Astanada mətbuata verdiyi bəyanatda  ölkələrimiz arasında imzalanmış sənədlərin yalnız iki dövlətin deyil, bütövlükdə Avrasiya coğrafiyasının maraqlarına xidmət göstərəcəyini də xüsusi qeyd etdi: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq... Hökumətlərarası Komissiyanın iclasının ardınca keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan nəticələrin hamısı ölkələrimizin və xalqlarımızın, həmçinin qonşularımızın xeyrinədir. Ona görə də bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir”.
Heç şübhəsiz ki, Türk dövlətlərinin ərazisindən keçən Orta Dəhliz yeni geosiyasi reallığın mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev mətbuata bəyanatında 2028-ci ilin sonunadək  Zəngəzur dəhlizinin açılacağına əminliyini ifadə etdi. Prezident onu da xüsusi vurğuladı ki, ABŞ Prezidenti Donald Trampın adını daşıyan və 8 avqust tarixli Vaşinqton Sammitinin mühüm nailiyyətlərindən biri olan TRIPP marşrutunun  reallaşdırılacağına da heç kim şübhə etməməlidir. Bu bəyanat Prezidentin Qazaxıstana dövlət səfərinin daha uzağa gedən və daha geniş coğrafiyanı əhatə edən hədəflərinə kifayət qədər işıq salır.
Ülvi Quliyev
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri