Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 21 oktyabr, AZƏRTAC Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda yaxın c
Bu kontekstdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi gözəl bir nümunədir.
Prezident İlham Əliyevin dost Qazaxıstana növbəti səfər öncəsi “Kazinform” agentliyinə verdiyi müsahibəsində vurğuladığı kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Son illərdə hər iki ölkədə dinamik inkişaf, bütün istiqamətlərdə yeni uğurlar müşahidə olunur.
Bu nailiyyətlər Azərbaycanda Prezident İlham Əliyevin, Qazaxıstanda isə dövlət başçısı Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin intensivləşməsində də liderlərin qətiyyətli siyasi iradə ortaya qoymaları, onların arasında formalaşan dostluq münasibətləri mühüm rol oynayır.
Liderlər həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda tez-tez görüşərək yeni çağırışlar ətrafında aktual müzakirələr aparırlar.