Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan: Tarixi bağlara və qarşılıqlı etimada əsaslanan sıx əməkdaşlıq ŞƏRH

Azərbaycan Qazaxıstan: Tarixi bağlara və qarşılıqlı etimada əsaslanan sıx əməkdaşlıq ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda yaxın coğrafiyalarda yerləşən ölkələrlə, o cümlədən də türkdilli dövlətlərlə əlaqələrin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi xüsusi yer tutur. Bu kontekstdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi gözəl bir nümunədir. Prezident İlham Əliyevin dost Qazaxıstana növbəti səfər öncəsi “Kazinform” agentliyinə verdiyi müsahibəsində vurğuladığı kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Son illərdə hər iki ölkədə dinamik inkişaf, bütün istiqamətlərdə yeni uğurlar müşahidə olunur. Bu nailiyyətlər Azərbaycanda Prezident İlham Əliyevin, Qazaxıstanda isə dövlət başçısı Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin intensivləşməsində də liderlərin qətiyyətli siyasi iradə ortaya qoymaları, onların arasında formalaşan dostluq münasibətləri mühüm rol oynayır. Liderlər həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda tez-tez görüşərək yeni çağırışlar ətrafında aktual müzakirələr aparırlar. Ən yüksək səviyyədə qurulan siyasi dialoq dövlətlərarası münasibətlərin bütün istiqamətlərdə dərinləşməsinə güclü impuls verir. Burada liderlərin və digər yüksəksəviyyəli rəsmilərin mütəmadi hal alan qarşılıqlı səfərlərinin önəmi böyükdür. Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.

Onun sözlərinə görə, Qazaxıstanın Azərbaycanın Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərdə bərpa prosesinə qoşulması, Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin inşasını həyata keçirməsi əsl qardaşlıq jestidir. Artıq mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib və hazırda orada 100-ə yaxın uşaq təhsil alır.

İki dost ölkə arasında hüquq-müqavilə bazasının getdikcə möhkəmləndiyini deyən Samir Vəliyev əlavə edib: “Azərbaycanla Qazaxıstan çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqey nümayiş etdirir. Regionun güclü dövlətləri olan Azərbaycan və Qazaxıstanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı daha yüksək səviyyədədir. Hər iki ölkə TDT-nın güclənməsinə və funksionallığının artmasına sanballı töhfələr verir”.

Qeyd edilib ki, Azərbaycanla Qazaxıstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da getdikcə genişlənir. Müsahibədə də vurğulandığı kimi, hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.

Ölkələr aarasındakı statistika məmnunluq doğurur. İndiyədək Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb ki, bu da ölkəmizin investisiya cəlbediciliyinin kifayət qədər yüksək olmasına dəlalət edir. Həmçinin qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə sıx bağlıdır. Paralel şəkildə, qarşılıqlı olaraq investisiya fəallığı artır. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir”, - deyə S.Vəliyev vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. Hazırda bu qarşılıqlı fəaliyyət sahəsi əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.

“İki dost ölkə arasında çoxillik tarixə malik enerji əməkdaşlığının perspektivləri də kifayət qədər böyükdür. O cümlədən yaşıl enerji gündəliyi ilə Azərbaycanla Qazaxıstan arasında enerji dialoqunun yeni bir səhifəsi açılıb”, - deyə parlamentari əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri