Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Mahir Süleymanlı Milli Məclisin deputatı Azərbaycan ilə Qazaxıstan arasında formalaşan
Bu münasibətlərin siyasi, iqtisadi və humanitar ölçüləri son illərdə yeni dinamik mərhələyə qədəm qoyub.
Oktyabrın 18-də Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə müsahibəsi iki ölkə arasında mövcud əlaqələrin genişləndiyini, həmçinin gələcək əməkdaşlıq istiqamətlərini nümayiş etdirir.
İki dövlət arasında siyasi əlaqələr bu gün yüksək etimad və qarşılıqlı dəstək üzərində möhkəm şəkildə qurulub.
Tarixi dostluq, ortaq türk kimliyi, oxşar mədəni dəyərlər və mənəvi yaxınlıq bu strateji tərəfdaşlığın əsasını təşkil edir.
Prezident İlham Əliyevin sözügedən müsahibəsində qeyd etdiyi kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Son üç il ərzində dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi münasibətlərin miqyasını və səmimiyyətini aydın göstərir.
Prezident İlham Əliyevin Qazaxıstana yeddinci səfəri, bu ölkənin dövlət başçısı Kasım-Jomart Tokayevin isə Azərbaycana altı səfəri hər iki tərəfin siyasi iradəsinin və əməkdaşlığa verdiyi önəmin bariz göstəricisidir.