Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycan Qazaxıstan: tarixi dostluq, sarsılmaz qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri

Azərbaycan Qazaxıstan: tarixi dostluq, sarsılmaz qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Azərbaycan ilə Qazaxıstan arasında formalaşan müasir tərəfdaşlıq modeli qarşılıqlı hörmət, etimad və tarixi qardaşlıq prinsiplərinə əsaslanır. Bu münasibətlərin siyasi, iqtisadi və humanitar ölçüləri son illərdə yeni dinamik mərhələyə qədəm qoyub. Oktyabrın 18-də Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə müsahibəsi iki ölkə arasında mövcud əlaqələrin genişləndiyini, həmçinin gələcək əməkdaşlıq istiqamətlərini nümayiş etdirir.

İki dövlət arasında siyasi əlaqələr bu gün yüksək etimad və qarşılıqlı dəstək üzərində möhkəm şəkildə qurulub. Tarixi dostluq, ortaq türk kimliyi, oxşar mədəni dəyərlər və mənəvi yaxınlıq bu strateji tərəfdaşlığın əsasını təşkil edir. Prezident İlham Əliyevin sözügedən müsahibəsində qeyd etdiyi kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.

Son üç il ərzində dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi münasibətlərin miqyasını və səmimiyyətini aydın göstərir. Prezident İlham Əliyevin Qazaxıstana yeddinci səfəri, bu ölkənin dövlət başçısı Kasım-Jomart Tokayevin isə Azərbaycana altı səfəri hər iki tərəfin siyasi iradəsinin və əməkdaşlığa verdiyi önəmin bariz göstəricisidir. Bu səfərlər çərçivəsində aparılan dialoqlar dövlətlərarası münasibətlərin bütün səviyyələrdə genişləşməsinə təkan verir, aktual məsələlərin operativ həllinə şərait yaradır.

Bu il Azərbaycan və Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20 ili tamam olur. Həmin müddətdə iki ölkə arasında təqribən 170 hüquqi sənəd imzalanıb, siyasi, iqtisadi, investisiya və mədəni sahələrdə möhkəm hüquqi baza formalaşıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Həmçinin, iki ölkə arasında təsis olunmuş Ali Dövlətlərarası Şura münasibətlərin daha da inkişafına xidmət edir. İlk iclas ötən il Bakıda, Qazaxıstan Prezidentinin dövlət səfəri çərçivəsində keçirilib. Yaxın zamanda Astanada keçiriləcək növbəti iclasda əməkdaşlığın prioritet istiqamətləri və yeni təşəbbüslər müzakirə olunacaq.

Azərbaycan–Qazaxıstan ticarət dövriyyəsində son illərdə müşahidə olunan artım ikitərəfli iqtisadi əməkdaşlığın uğurlu nəticəsidir. 2024-cü ildə əmtəə dövriyyəsi 470 milyon dollar, 2025-ci ilin ilk səkkiz ayında isə bu rəqəm 547 milyon dollara yüksəlib. Dövlətimizin başçısı bu artımı Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika sisteminin səmərəliliyinin artırılması və infrastrukturun modernləşdirilməsi ilə əlaqələndirib.

Enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət kəsb edir, SOCAR və “KazMunayQaz” şirkətləri arasında Aktau–Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranzitinə dair baş saziş imzalanıb. Tranzit həcmlərinin artırılması, tariflərin optimallaşdırılması və liman infrastrukturunun yenilənməsi Orta Dəhlizin Avrasiya məkanında əsas tranzit xəttinə çevrilməsini təmin edir. Gəmiqayırma sahəsində birgə layihələrin icrası isə sənaye əməkdaşlığının yeni istiqamətlərindən biridir.

Yaşıl enerji sahəsi Azərbaycan–Qazaxıstan əməkdaşlığında mühüm yer tutur. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalanıb. Bu təşəbbüslər regionun ekoloji cəhətdən təmiz, enerji baxımından dayanıqlı gələcəyinin formalaşmasına xidmət edir.

Prezident İlham Əliyev müsahibəsində Türk Dövlətləri Təşkilatının (TDT) Azərbaycan–Qazaxıstan münasibətlərindəki rolunu da vurğulayıb. TDT-nin Naxçıvanda yaradılması türk xalqlarının birliyi, həmrəyliyi və siyasi əməkdaşlığının möhkəmlənməsi baxımından tarixi hadisə idi. Ötən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi Türk dünyasının inteqrasiyasına, iqtisadi və humanitar əlaqələrin genişlənməsinə güclü təkan verib. İmzalanan sənədlər türk dövlətlərinin birliyinin dərinləşməsinə və qlobal arenada güclü siyasi mərkəzə çevrilməsinə xidmət edir.

Azərbaycan və Qazaxıstan arasında mədəni və humanitar əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir. TDT çərçivəsində keçirilən birgə festivallar, sərgilər, elmi konfranslar xalqlar arasında mənəvi yaxınlığı daha da gücləndirir. Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA kimi qurumlar bu əməkdaşlığın əsas platformaları kimi fəaliyyət göstərir. Prezident İlham Əliyev Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk elminin və mədəniyyətinin inkişafında tarixi əhəmiyyətini vurğulayaraq bu mötəbər tədbirin 100 illiyinin gələn il TDT çərçivəsində təntənəli şəkildə qeyd ediləcəyini bildirib.

Beləliklə, Azərbaycan–Qazaxıstan münasibətləri türk dünyasının siyasi, iqtisadi və mədəni birliyini gücləndirən mühüm strateji xətti təmsil edir. Qardaş xalqlar arasında qarşılıqlı etimad, birgə səylər və ortaq dəyərlər əsasında formalaşan bu əməkdaşlıq modeli regionda sabitliyin, rifahın və tərəqqinin mühüm təminatçısına çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri