Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illərdə qlobal logistika layihələrində ölkəmizin fəal iştirakı güclənmişdir.
Bu amillər Azərbaycanın xarici siyasətinə birbaşa təsir göstərir və ölkəmizi beynəlxalq münasibətlər sistemində önəmli aktora çevirir.
Bu gün Azərbaycan regionda və qlobal səviyyədə mövqeyi nəzərə alınan, fikrinə hörmətlə yanaşılan, qərarların formalaşmasında iştirak edən strateji əhəmiyyətə malik bir dövlətdir.
Prezident İlham Əliyevin qlobal liderliyi, yüksək siyasi nüfuzu və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsini təsdiqləyən hadisə kimi qiymətləndirilir.
Bu səfər göstərir ki, Azərbaycan-Qazaxıstan əlaqələri artıq təkcə ikitərəfli çərçivədə deyil, regional və qlobal miqyasda strateji əhəmiyyətə malikdir.
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.