Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan tərəfdaşlığı regionun gələcəyini formalaşdıran strateji əməkdaşlıq modelini təcəssüm etdirir

Azərbaycan Qazaxıstan tərəfdaşlığı regionun gələcəyini formalaşdıran strateji əməkdaşlıq modelini təcəssüm etdirir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə qlobal logistika layihələrində ölkəmizin fəal iştirakı güclənmişdir. Bu amillər Azərbaycanın xarici siyasətinə birbaşa təsir göstərir və ölkəmizi beynəlxalq münasibətlər sistemində önəmli aktora çevirir. Bu gün Azərbaycan regionda və qlobal səviyyədə mövqeyi nəzərə alınan, fikrinə hörmətlə yanaşılan, qərarların formalaşmasında iştirak edən strateji əhəmiyyətə malik bir dövlətdir. Prezident İlham Əliyevin qlobal liderliyi, yüksək siyasi nüfuzu və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsini təsdiqləyən hadisə kimi qiymətləndirilir. Bu səfər göstərir ki, Azərbaycan-Qazaxıstan əlaqələri artıq təkcə ikitərəfli çərçivədə deyil, regional və qlobal miqyasda strateji əhəmiyyətə malikdir. Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında qeyd edib: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Bu gün sahə nazirliklərinin hesabatlarını, həmçinin gələcək planları dinlədik. Təbii ki, qarşılıqlı fəaliyyətimizi necə intensivləşdirmək lazım olduğuna dair öz əlavə təlimatlarımızı verdik. Bizim eşitdiklərimiz məmnunluq hissi doğurur. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Diqqət yetirilməsi və dövlət başçılarının iştirakı tələb edilən məsələlər olduqda, təbii ki, bu, bizim daimi nəzarətimiz altındadır”.

Prezident İlham Əliyevin Qazaxıstana səfərinin onun prezidentliyi dövründə artıq səkkizinci dəfə baş tutması da çox şeydən xəbər verir. Bu səfərlər yalnız protokol xarakteri daşımır, ardıcıl və sistemli siyasətin ifadəsidir. Əsas istiqamətlərdən biri energetika və tranzit sahəsində əməkdaşlıqdır. Qazaxıstan dünya bazarlarına neft ixracı üçün Azərbaycanın infrastrukturundan fəal şəkildə istifadə edir ki, bu da Bakının etibarlı tranzit mərkəzi kimi əhəmiyyətini artırır. Eyni zamanda Azərbaycan da Qazaxıstanda marşrutların şaxələndirilməsi və Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsi baxımından mühüm tərəfdaş görür. Transxəzər dəhlizinin inkişafı, Ələt və Aktau limanlarının imkanlarının genişləndirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi – bütün bunlar türk dövlətlərinin logistik təhlükəsizlik və iqtisadi dayanıqlıq məkanının formalaşmasına yönəlmiş addımlardır.

Prezident İlham Əliyevin Astanada keçirdiyi görüşlər, birgə bəyanatlar və xüsusilə Azərbaycan Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası mühüm məqamlarla yadda qaldı. Astanada keçirilən danışıqlar zamanı prezidentlər bir sıra mühüm sənədlər imzaladılar. Bunlara Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi münasibətilə qəbul edilən Birgə Bəyanat, habelə Ali Hökumətlərarası Şuranın iki qərarı – ikitərəfli əməkdaşlığın inkişafı və Azərbaycan ilə Qazaxıstanın Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiqi daxildir. Bu sənədlər iki ölkə arasında xarici siyasət fəaliyyətlərinin sistemli, daimi və institusional şəkildə əlaqələndirilməsi üçün əsas yaradır ki, bu da bütün türk məkanının daha sıx inteqrasiyası yolunda mühüm addımdır. Doğrudur, Azərbaycan–Qazaxıstan münasibətləri çoxdan adi tərəfdaşlıq çərçivəsini aşıb. Bu əlaqələr tarixi, mədəni və mənəvi yaxınlığa, ümumi taleyə və ortaq maraqların dərin dərk olunmasına əsaslanır.

Ali Dövlətlərarası Şuranın ikinci iclasında Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayaraq iki ölkənin regional və beynəlxalq siyasətdə ortaq mövqedə olduğunu, iqtisadi əməkdaşlığın və mədəni layihələrin əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu tərəfdaşlıq qarşılıqlı hörmət, siyasi iradə, uzunmüddətli əməkdaşlıq əsasında qurulur, regionda sabitlik və inkişafın təminatçısıdır. Vaşinqtonda paraflanmış sülh sazişinə Tokayevin dərhal reaksiyası və Ermənistanla tranzit əməkdaşlığının başlanması regionda Azərbaycanın təşəbbüskar və real nəticələrə hesablanmış siyasət apardığını sübut edir. Bununla yanaşı Kurmanqazı adına Mədəniyyət Mərkəzinin timsalında humanitar əməkdaşlıq iki ölkə arasında münasibətlərin cəmiyyətlər səviyyəsində də gücləndiyini göstərir. Prezident İlham Əliyev iqtisadi əməkdaşlıqdan danışarkən vacib bir strateji məsələyə diqqət çəkdi. Orta Dəhliz və TRIPP layihələri sayəsində Azərbaycan təkcə regional nəqliyyat qovşağına çevrilmir, həmçinin Avrasiya məkanında mühüm əlaqələndirici rol oynayır. Bu təşəbbüslər nəqliyyat və logistika sahəsində əməkdaşlığı genişləndirməklə yanaşı ölkəmizin geosiyasi çəkisini də artırır. Azərbaycan-Qazaxıstan tərəfdaşlığı artıq təkcə ikitərəfli münasibətləri deyil, bütöv regionun gələcəyini formalaşdıran strateji əməkdaşlıq modelini təcəssüm etdirir. Bu münasibət sabitliyə və inkişaf dinamikasına əsaslanan uzunmüddətli birliyin real nümunəsidir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Məhz bu reallıqlar Azərbaycan-Qazaxıstan münasibətlərinin bir qardaşlıq modeli kimi təqdimatında əhəmiyyətli rol oynayır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri