Azərbaycan QHT təmsilçiləri ermənipərəst Frank Peloninin Azərbaycana səfərinə qarşı etiraz…
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün bir qrup Azərbaycan QHT təmsilçiləri 2024-cü il noyabrın 16-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloninin Azərbaycana səfərinə etiraz edərək, onun qaldığı otelin qarşısında dinc etiraz aksiya keçirib və onun Azərbaycan xalqından üzr istəməsini tələb edib.
Milli.Az xəbər verir ki, etirazçılar daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Müraciətə qeyd edilib ki, o, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir.
Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb.
Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək.
"Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib.
Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub.
Tam oxu
Xəbəri oxu