Icma.az
close
up
RU
Azərbaycan QHT təmsilçiləri ermənipərəst Frank Peloninin Azərbaycana səfərinə qarşı etiraz aksiyası keçirir VİDEO FOTO

Azərbaycan QHT təmsilçiləri ermənipərəst Frank Peloninin Azərbaycana səfərinə qarşı etiraz aksiyası keçirir VİDEO FOTO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün bir qrup Azərbaycan QHT təmsilçiləri 2024-cü il noyabrın 16-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloninin Azərbaycana səfərinə etiraz edərək, onun qaldığı otelin qarşısında dinc etiraz aksiya keçirib və onun Azərbaycan xalqından üzr istəməsini tələb edib.

Milli.Az xəbər verir ki, etirazçılar daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Müraciətə qeyd edilib ki, o, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək.

"Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib. Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Dinc aksiya zamanı Frank Peloninin mühafizəçiləri bizlərə xəsarətlər yetirib, müxtəlif dərəcəli zədələr almışıq. Bizim həyatımızı yerli hüquq-mühafizə orqanları xilas edə bildi. Biz dinc etiraz aksiyasında iştirak edən QHT nümayəndələri olaraq Sizə müraciət edərək, aksiyanın foto və video görüntülərin araşdırılmasını, Frank Peloninin mühafizəçilərinin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirik", - müraciətdə bildirili

İmza:

1. Könül Behdudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

2. Xatirə Vəliyeva - "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri
3. Naibə Behdudova - "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri
4. Qəmzə Yusubova - Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri
5. Rahilə Mehtiyeva - "Sosial-iqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri
6. Amin Məmmədov - "Environmental Protection First" Koalisiyasının həmtəsisçisi
7. Asim Vəliyev - "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri
8. Telman Qasımov - "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri
9. Nailə İsmayılova - Yeni Həyat Humanitar Və Sosial Dayaq İctimai Birliyi
10. Fatma Hacıyeva - "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri
11. Fuad Kərimli - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin fəalı
12. Elçin Muxtarlı - Sağlamlığa Xidmət İctimai Birliyinin sədri
13. Zülfiyyə Nuriyeva - Sosial-İqtisadi və Kənd Təsərrüfatını İnkişafına Dəstək İctimai Birliyinin sədri
14. Ruxsarə Axundova - "Könül Evi" Aztəminatlı Ailələrə Yardım İctimai Birliyinin sədri
15. Mehriban Abdullayeva - "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri
16. İradə Rizazadə - Vətəndaşların Sosial Rifahi Naminə İctimai Birliyinin sədri
17. Rəşad Mehdiyev - "Gilavar Foto Klubu" İctimai Birliyinin sədri
18. Elşad Məmmədli - Vətəndaş Maarifləndirməsi İctimai Birliyinin fəalı
19. Araz Əhmədov - "İnternat Məzunlarının Sosial İnteqrasiyasi" Gənclər İctimai Birliyinin sədri
20. Cəsarət Hüseynzadə - İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri
21. Mahirə Əmirhüseyova - XXI əsrin Qadınları İctimai Birliyinin sədri
22. Ədil Ədilzadə - Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyinin sədri
23. Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyinin sədri
24. Dünyaxanım Əliyeva - "Dünya, Ana və Uşaqlar" İctimai Birliyinin sədri.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri