Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir. “Son proseslər onu göstərir ki, Azərbaycan artıq öz qlobal məkandakı mövqelərini gücləndi
Hazırda rəsmi Bakının siyasi iradəsi yalnız Cənubi Qafqaz regionunda deyil, eyni zamanda, dünyanın bir çox regionlarında gedən hərbi siyasi,
Buna misal olaraq Azərbaycanın Avropa məkanı üçün etibarlı enerji təhlükəsizliyi tərəfdaşı olmasını göstərmək olar.
Azərbaycan bu məsələdə o qədər güclü mövqeyə malikdir ki, hətta Avropa Birliyinin ermənipərəst qüvvələrinin mərkəzlərinin təzyiqlərinə belə əhəmiyyət verməmək imkanına malikdir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Politoloq Azərbaycanın Yaxın Şərqdə təsir gücünün ön plana keçməyə başladığını vurğulayıb: “Azərbaycan Türkiyə ittifaqı Suriyanın bərpa olunması prosesində xüsusi rol oynamağa başlayıb.
Son proseslər onu göstərir ki, Suriyanın bərpa olunması prosesində Türkiyə ilə yanaşı, Azərbaycan da həlledici iştirak payına malik olmaq imkanlarına sahibdir.
Bu, olduqca ciddi geopolitik bir reallıqdır və Azərbaycanın Yaxın Şərqə təsir imkanlarını göstərir.