Icma.az
close
up
RU
“Azərbaycan qlobal məkandakı mövqelərini gücləndirməyə başlayıb

“Azərbaycan qlobal məkandakı mövqelərini gücləndirməyə başlayıb

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Son proseslər onu göstərir ki, Azərbaycan artıq öz qlobal məkandakı mövqelərini gücləndirməyə başlayıb. Hazırda rəsmi Bakının siyasi iradəsi yalnız Cənubi Qafqaz regionunda deyil, eyni zamanda, dünyanın bir çox regionlarında gedən hərbi siyasi, həmçinin iqtisadi ticari proseslərdə ciddi şəkildə həlledici rol oynayır. Buna misal olaraq Azərbaycanın Avropa məkanı üçün etibarlı enerji təhlükəsizliyi tərəfdaşı olmasını göstərmək olar. Azərbaycan bu məsələdə o qədər güclü mövqeyə malikdir ki, hətta Avropa Birliyinin ermənipərəst qüvvələrinin mərkəzlərinin təzyiqlərinə belə əhəmiyyət verməmək imkanına malikdir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq Azərbaycanın Yaxın Şərqdə təsir gücünün ön plana keçməyə başladığını vurğulayıb: “Azərbaycan Türkiyə ittifaqı Suriyanın bərpa olunması prosesində xüsusi rol oynamağa başlayıb. Son proseslər onu göstərir ki, Suriyanın bərpa olunması prosesində Türkiyə ilə yanaşı, Azərbaycan da həlledici iştirak payına malik olmaq imkanlarına sahibdir. Bu, olduqca ciddi geopolitik bir reallıqdır və Azərbaycanın Yaxın Şərqə təsir imkanlarını göstərir. Digər tərəfdən Azərbaycanın iki yaxın müttəfiqi arasında olan ziddiyyətlərin aradan qaldırılmasında rəsmi Bakının önəmli rol oynaması da qlobal proseslərə birbaşa təsir göstərir. Məsələ ondadır ki, rəsmi Bakı İsrail və Türkiyə arasındakı narazılıqların, ziddiyyətlərin aradan qaldırılmasında bir dəfə həlledici səviyyədə pozitiv rol oynayıb”.

E.Xalidbəyli bildirib ki, son günlər bu istiqamətdə rəsmi Bakı növbəti pozitiv təsir gücünü ön plana çıxarmağa başlayıb: “Bir neçə gün öncə Türkiyə və İsrail rəsmi təmsilçilərinin Bakıda görüşünün keçirilməsində Azərbaycan siyasi dairələrinin önəmli rolu bu dediklərimizə sübutdur. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, bu, önəmli bir prosesdir ki, ABŞ-nin Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda xüsusi olaraq Azərbaycanın İsrail və Türkiyə arasında vasitəçiliyini qeyd etmişdi. Yəni bütün bunlar onu göstərir ki, yeni dünya düzənində Azərbaycan idarə edilən deyil, idarə edən ölkələr sırasında yer almağa iddialıdır. Buna həm hərbi siyasi, həm maliyyə iqtisadi potensialı var. Həmçinin Azərbaycanın strateji coğrafi mövqeyi də iki qitəni qovuşduracaq bir məkanda yerləşir. Həm Avropa, həm Asiya ölkələri iqtisadi ticari münasibətlərdə tranzit ölkə kimi Azərbaycana ehtiyac duyurlar. Bu da beynəlxalq məkanda, eyni zamanda, qlobal proseslərdə birbaşa təsir göstərən önəmli bir faktordur. Hazırda Azərbaycan son illərdə yeni dünya düzənində həlledici siyasi iradə sahibi olan dövlətlərin sırasına qatılmaq iddiasını qabarıq şəkildə ortaya qoyub. Müşahidələr onu göstərir ki, Azərbaycan artıq siyasi iradəsini qlobal məkanda qəbul etdirməkdədir. Bu baxımdan çox rahatlıqla, arxayın şəkildə iddia etmək olar ki, Azərbaycan yeni dünya düzəninin əsas iştirakçılarından biri olacaq”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri