Azərbaycan qlobal məsələlərin həllində fəal iştirak edir | Icma.az
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum növbəti dəfə geniş marağa səbəb oldu.
Dövlətimizin başçısının forum çərçivəsində verdiyi mesajlar, səsləndirdiyi çağırışlar və mühüm təşəbbüslər beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi, dünya mediasında geniş işıqlandırıldı.
Beynəlxalq siyasətin müzakirəsinə həsr olunmuş bu tədbirin artıq yeddinci dəfə baş tutması onun əhəmiyyətini daha da artırır.
Qeyd edilməlidir ki, əvvəlki forumlarda 60-dan artıq ölkədən 200-dən çox ekspert və alim iştirak etmiş, müzakirələr Bakıda və işğaldan azad edilmiş Qarabağın bir neçə şəhərində keçirilmişdir.
Bu tədbirlərin nəticəsində xarici iştirakçılar nüfuzlu beynəlxalq mediada ölkəmizlə bağlı məqalələrlə çıxış ediblər.
ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu Azərbaycanın beynəlxalq miqyasda təqdimatında mühüm platformalardan biri kimi çıxış edir.
Forum həm də artan nüfuzu və regional liderliyi ilə seçilən Azərbaycanın qlobal məsələlərin həllində fəal iştirakını bir daha nümayiş etdirdi.
Tam oxu
Xəbəri oxu