Icma.az
close
up
RU
Azərbaycan qlobal məsələlərin həllində fəal iştirak edir

Azərbaycan qlobal məsələlərin həllində fəal iştirak edir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum növbəti dəfə geniş marağa səbəb oldu. Dövlətimizin başçısının forum çərçivəsində verdiyi mesajlar, səsləndirdiyi çağırışlar və mühüm təşəbbüslər beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi, dünya mediasında geniş işıqlandırıldı.

Beynəlxalq siyasətin müzakirəsinə həsr olunmuş bu tədbirin artıq yeddinci dəfə baş tutması onun əhəmiyyətini daha da artırır. Qeyd edilməlidir ki, əvvəlki forumlarda 60-dan artıq ölkədən 200-dən çox ekspert və alim iştirak etmiş, müzakirələr Bakıda və işğaldan azad edilmiş Qarabağın bir neçə şəhərində keçirilmişdir. Bu tədbirlərin nəticəsində xarici iştirakçılar nüfuzlu beynəlxalq mediada ölkəmizlə bağlı məqalələrlə çıxış ediblər. ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu Azərbaycanın beynəlxalq miqyasda təqdimatında mühüm platformalardan biri kimi çıxış edir. Forum həm də artan nüfuzu və regional liderliyi ilə seçilən Azərbaycanın qlobal məsələlərin həllində fəal iştirakını bir daha nümayiş etdirdi.
80-dən çox beynəlxalq ekspertin və beyin mərkəzləri təmsilçilərinin iştirak etdiyi tədbir Azərbaycanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, sülh təşəbbüslərinin təşviqi və işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətindəki səylərin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, onun beynəlxalq nüfuzlu lider imici və strateji baxışları Azərbaycanın bugünkü uğurlarının əsasında dayanır. Məhz bu səbəbdən ADA Forumları qlobal sabitlik, təhlükəsizlik və davamlı inkişafa təhdid yaradan amillərin müzakirəsi baxımından təsirli beynəlxalq platformaya çevrilib. Forum iştirakçıları qarşıda duran çağırışlara dair ortaq yanaşmaların formalaşdırılması üçün təkliflərini və təşəbbüslərini ifadə etmək imkanı əldə ediblər.
Forum çərçivəsində Prezident İlham Əliyev regional əməkdaşlıq, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt və digər çağırışlarla bağlı ətraflı fikirlər səsləndirib. Dövlətimizin başçısı tədbirin qlobal gündəlikdəki məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb. COP29-un bu il Azərbaycanda keçirilməsi, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdə artan rolunun göstəricisidir. Bu reallıqlar Azərbaycanı Qlobal Cənub ilə Qlobal Şimal arasında əlaqələndirici körpü rolunda tanıdır.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və ərazi bütövlüyünü bərpa etməsi regiondakı münasibətlər sistemində yeni reallıqlar yaradıb. Bu gün Azərbaycan sülh gündəliyini təşviq edən mühüm təşəbbüslərlə çıxış edir. Forum iştirakçıları Azərbaycanın müharibə dövründə mülki əhalini və infrastrukturu hədəf almamaqla bağlı göstərdiyi təmkinli yanaşmanı da diqqətə çatdırıblar. Eyni zamanda, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtması da xüsusi vurğulanıb.
Ölkəmiz bu gün regionun əsas sülh və təhlükəsizlik təminatçısı rolunda çıxış edir. Ölkəmizin strateji baxışı, humanizm prinsiplərinə sadiqliyi və fəal diplomatik təşəbbüsləri regional münasibətlərə mühüm töhfələr verir. Türkiyə ilə İsrail arasında barışıq prosesində Azərbaycanın vasitəçilik rolu, Prezident İlham Əliyevin bu təşəbbüsü forumda vurğulaması da ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha sübut edir.
Bütün bu reallıqlar fonunda erməni lobbisinin diktəsi ilə hərəkət edən bəzi qərb dövlətlərinin, xüsusilə Fransanın sərgilədiyi qərəzli və əsassız mövqelər heç bir beynəlxalq hüquqi əsaslara söykənmir və obyektivlikdən uzaqdır.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri