Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hikmət Babaoğlu: “Mövcud beynəlxalq təşkilatlar iflas edib, Azərbaycan önə çıxır” Müasir beynəlxalq münasibətlər sisteminin dərin böhran yaşadığı, mövcud mexanizmlərin sülh və təhlükəsizliyi təmin etməkdə aciz qaldığı bir dövrdə Azərbaycanla bağlı irəli sürülən yeni təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir.
Donald Trampın Azərbaycanı Sülh Şurasına təmsilçi dövlət qismində dəvət etməsi təkcə diplomatik hadisə deyil.
Bu, eyni zamanda ölkəmizin regional və qlobal miqyasda sülhün qurulması və qorunması sahəsində formalaşdırdığı modelə verilən yüksək qiymətin ifadəsidir.
Dəvət Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, sülh yaradan və onu qorumağı bacaran məsuliyyətli aktor kimi qəbul edildiyini açıq şəkildə nümayiş etdirir.Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a açıqlamasında Donald Trampın Azərbaycanı təmsilçi dövlət qismində Sülh Şurasına dəvət etməsinin mühüm hadisə olduğunu söyləyib: "Bu, Azərbaycanın dünyada sülhün bərqərar olunmasına verə biləcəyi töhfə ilə bağlıdır.Bu gün mövcud olan beynəlxalq təşkilatların sülh yaratma funksionallığı demək olar ki, sıfıra bərabərdir.
Lakin dünya artıq mövcud gərginlikləri və münaqişələri daşımaq iqtidarında olmadığı üçün ABŞ özünəməxsus təşəbbüslə çıxış edib.
Ümid etmək olar ki, gələcəkdə bu Sülh Şurası xüsusi institusional xarakter daşıyan beynəlxalq təşkilata çevriləcək.Azərbaycan Prezidentinin Donald Trampa ünvanladığı məktubda isə bir neçə məsələ xüsusilə vurğulanır.
İlk növbədə, Azərbaycanın sülh yaratmaq təşəbbüsü, sülhə nail olmaq qətiyyəti və bu istiqamətdəki bacarığı ön plana çıxarılır.