Icma.az
close
up
RU
Azərbaycan qlobal sülh aktoruna çevrilir ŞƏRH

Azərbaycan qlobal sülh aktoruna çevrilir ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hikmət Babaoğlu: “Mövcud beynəlxalq təşkilatlar iflas edib, Azərbaycan önə çıxır”

Müasir beynəlxalq münasibətlər sisteminin dərin böhran yaşadığı, mövcud mexanizmlərin sülh və təhlükəsizliyi təmin etməkdə aciz qaldığı bir dövrdə Azərbaycanla bağlı irəli sürülən yeni təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir. Donald Trampın Azərbaycanı Sülh Şurasına təmsilçi dövlət qismində dəvət etməsi təkcə diplomatik hadisə deyil. Bu, eyni zamanda ölkəmizin regional və qlobal miqyasda sülhün qurulması və qorunması sahəsində formalaşdırdığı modelə verilən yüksək qiymətin ifadəsidir. Dəvət Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, sülh yaradan və onu qorumağı bacaran məsuliyyətli aktor kimi qəbul edildiyini açıq şəkildə nümayiş etdirir.

Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a açıqlamasında Donald Trampın Azərbaycanı təmsilçi dövlət qismində Sülh Şurasına dəvət etməsinin mühüm hadisə olduğunu söyləyib: 

"Bu, Azərbaycanın dünyada sülhün bərqərar olunmasına verə biləcəyi töhfə ilə bağlıdır.

Bu gün mövcud olan beynəlxalq təşkilatların sülh yaratma funksionallığı demək olar ki, sıfıra bərabərdir. Lakin dünya artıq mövcud gərginlikləri və münaqişələri daşımaq iqtidarında olmadığı üçün ABŞ özünəməxsus təşəbbüslə çıxış edib. Ümid etmək olar ki, gələcəkdə bu Sülh Şurası xüsusi institusional xarakter daşıyan beynəlxalq təşkilata çevriləcək.

Azərbaycan Prezidentinin Donald Trampa ünvanladığı məktubda isə bir neçə məsələ xüsusilə vurğulanır. İlk növbədə, Azərbaycanın sülh yaratmaq təşəbbüsü, sülhə nail olmaq qətiyyəti və bu istiqamətdəki bacarığı ön plana çıxarılır. Sülhün yaradılması baxımından Azərbaycanın ortaya qoyduğu model nümunəvi xarakter daşıya bilər".

Parlamentari XX və XXI əsrlərin münaqişələr tarixində sülhün necə yaradılmasnın və suveren dövlətin öz gücünə sülhü təmin edə bilməsi nümunəsinin məhz Azərbaycanın ortaya qoyduğunu vurğulayıb:

"Azərbaycan milli aktor kimi formalaşdırdığı bu model ilə sülhün yalnız əldə edilməsinin deyil, eyni zamanda qorunmasının mümkünlüyünü də sübut edib. Rəsmi Bakı sülh modeli formalaşdırmağa nail olub. Azərbaycan Prezidenti də bu məqamı xüsusi vurğulayaraq bildirir ki, sülhün əldə edilməsi bir məsələdir, onun qorunması isə tamam başqa bir məsələdir. Hər iki amil eyni dərəcədə vacibdir və bu yanaşma Azərbaycanın regional və qlobal miqyasda sülhün və sabitliyin təşviqində oynaya biləcəyi rolu aydın şəkildə göstərir.

Şübhəsiz ki, bu dəvət həm Azərbaycan Prezidenti, həm də ikitərəfli münasibətlər kontekstində yüksək qiymətləndirilir". 

Deputat bildirib ki, Azərbaycanın Sülh Şurasına təsisçi dövlət kimi dəvət olunmasının Amerika-Azərbaycan münasibətlərinin bu günə qədər heç vaxt olmadığı qədər yüksək səviyyədə olduğunu göstərir:

"Bütün bunlar gələcəkdə Azərbaycanın daha qlobal miqyasda beynəlxalq münasibətlərin mühüm aktorlarından birinə çevrilə bilməsi üçün ciddi zəmin yaradır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see308

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see276

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see267

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see264

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see216

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see204

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see189

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see188

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see186

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see186

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see183

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see182

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see181

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see178

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see176

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see175

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see174

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see173

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see171

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri