Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni onilliyin qovşağında Azərbaycan iqtisadi, siyasi və geosiyasi sahələrdə əldə etdiyi nailiyyətlərə görə diqqət mərkəzinə çevrilir.
Son illər ölkə təkcə iqtisadi cəhətdən sabit və inkişaf edən ölkəyə deyil, həm də beynəlxalq aləmdə mühüm siyasi aktora çevrilib.
2025-ci ilin yanvarın 7-də cənab Prezident İlham Əliyev müsahibəsində ölkənin əldə etdiyi nailiyyətlərdən və onun strateji perspektivlərindən danışıb.
Cənab Prezidentin müsahibətə dair mövqeyi ölkənin əldə etdiyi nailiyyətlərə, strateji hədəflərə və dövlətin qarşısında duran vəzifələrə geniş baxışdır.
Cənab Prezident 2024-cü ilin yekunlarına və 2025-ci il üçün proqnozlara əsaslanaraq 2024-cü ilin iqtisadi artım baxımından uğurlu il olduğunu qeyd edib.
Bu nailiyyətlərin əsasında uzun illər aparılan islahatlar, investisiya mühitinin yaxşılaşdırılması və monopoliyaya qarşı mübarizə dayanır.
Bu faktları təhlil edərək demək olar ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsində, neftdən asılılığın azaldılmasında heyrətamiz uğurlar nümayiş etdirib.